28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: “Foqts Azərbaycan futboluna yalnız infrastruktur baxımından fayda verdi” (Müsahibə)

Təcrübəli futbolçu, uzun illər milli komandamızın formasını geyən Elmar Baxşıyev Futbolxeber.az saytına müsahibə verib.

- Bir müddətdir futbolçu karyeranı başa vurmusan. Hazırda nə işlə məşğulsan?

- Hələ ki, bekaram. “Qəbələ” ilə vidalaşandan sonra elə bir işim yoxdur. Heç bir klubdan təklif almamışam. Amma məşqçiliyə başlamaq fikrim var. Yanvarda məşqçi kurslarına yazılacağam.

- Karyeranı bitirməyin necə alındı: artıq güc qalmamışdı, yoxsa təklif olmadığına görə belə addım atdın?

- Əslində, bir az da oynaya bilərdim. Amma düşündüm ki, artıq bəsdir. “Qəbələ”dən sonra klub axtarmağa ehtiyac görmədim.

- Futbolsuz qalmaq çətin deyil?

- Qırağdan baxanda bir az çətin olur. Bütün fikirlərim yalnız futbolla bağlıdır.

- Futbolçu karyerası sənə nə verdi?

- İlk növbədə milli komandada oynadım. Millinin formasını geyməyi hər zaman özüm üçün şərəf bilmişəm. Təcrübəli məşqçilərlə, futbolçularla birgə işləmək hər bir idmançını arzusudur.

- Bəs futbola görə nələri itirdin?

- Əsəblərim və can sağlığım getdi. Zədə almaq hər zaman problem yaradır.

- Karyeran istədiyin kimi alındı?

- Allaha şükür, narazıçılığım yoxdur. Amma o da həqiqətdir ki, idmançı heç vaxt razı qalmır. Daha böyük uğurlar qazanmaq, daha çox irəli getmək istəyir.

- Azərbaycan futbolunda inkişaf görürsən?

- Şərait baxımından inkişaf var. Klublar zaman keçdikcə daha peşəkar olurlar. Çempionatın səviyyəsi artır, klublarımız artıq Avroliqanın qrup mərhələsində oynayırlar.

- Amma milli komanda hələ də nəticə verə bilmir...

- Bunun üçün yeni kadrlar yetişməlidir. Bacarıqlı gənclər yetişəndə, milli də nəticə verəcək. Milli də klublardan asılıdır. Bugün Azərbaycanda oyunçu çatışmazlığı var. Hamı da bunu görür. Nümunə kimi hücum xəttini göstərə bilərəm. Bu gün Azərbaycanda Rauf Əliyevdən sonra ikinci hücumçu yoxdur.

- Deməli qarşıdakı 5 ildə millidən ciddi uğur gözləmək olmaz?

- Belə də demək düzgün olmaz. Məşqçi seçimi düzgün olsa, düzgün sistem qurulsa, uğur qazanmaq mümkündür. Hazırki milli də uğur qazanmaq gücündədir.

- Bu gün ən çox müzakirə edilən məsələlərdən biri millinin baş məşqçi postudur. Səncə, bu gün yığma yerli, yoxsa əcnəbi məşqçiyə tapşırılmalıdır?

- Azərbaycanda yaxşı yerli məşqçilər var. Buna görə də yerlilərə də etibar etmək olar. Amma yaxşı əcnəbi məşqçi də futbolumuzun inkişafına təkan verə bilər.

- Millidə bir neçə məşqçinin rəhbərliyi altında oynamısan. Onlardan hansı ilə işləmək sənə daha rahat olub?

- Şahin Diniyev ilə. O, sistemi olan məşqçi idi.

- Son 6 ildə millini Berti Foqts çalışdırdı. O, Azərbaycan futboluna hansısa xeyir verdi?

- Foqtsun xeyri oldu, sadəcə strukturun qurulmağında. Çünki struktur baxımından bir çox işlər onun istəyi ilə görüldü. Nəticələri haqda isə danışmaq istəmirəm. Gedənin arxasınca danışmaq düzgün olmaz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31