29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbana şans verin!

Bu əksər azarkeşlərimizin arzusudu - millini, bayrağı, komandanı pula görə sevməyən azarkeşlərin… Hələ Foqts getməmiş Qurban Qurbanov özünü millinin sükanına ən layiqli namizəd kimi göstərmişdi. “Qarabağ”da heyət dəyişsə də, avrokuboklarda göstərilən oyun və komanda ruhu dəyişmirdi. Bunun əsas səbəbkarı bəllidi.

…Futbolçu kimi aşagı-yuxarı klassik azərbaycanlı futbolçu idi. Məşqçi kimi sərhədləri aşdı və ölkəmizə tarixində olmayan bir FUTBOL bəxş etdi. Hamı bilir ki, Azərbaycan futbolu iyrənc bataqlıqdı. Bu bataqlığın içində neft və pullarla yanaşı, işində qeyri-peşəkarlar, “torba tikməkdə” mahir olanlar çoxluq təşkil edir. Foqts gedəndən sonra ən real və ən məntiqli namizəd Qurban görünsə də, sayələrində onun adı heç namizədlər siyahısında da səslənmədi. Əksinə, “Qurban getsə, “Qarabağ” batar” tipli açıqlamalarla sadəlövh azarkeşləri çaş-baş salmaq istədilər. Daha demədilər ki, Qurban “Qarabağ”dan niyə getməlidi? Qurbanın həm yığmanı, həm də “Qarabağ”ı çalışdırmasından təbii, məntiqli və faydalı nə ola bilər futbolumuzun bugünü üçün?

Qurban həmin Qurbandı ki məktəbi olmadığına görə yığmada ustalıq cəhətdən az qala bütün yoldaşlarından geri qalsa da, əzmkarlığı və peşəkarlara xas xarakteriylə həmin yoldaşlarından futbolçu kimi də, məşqçi kimi də az tanınmadı. Qurban həmin Qurbandı ki “Neftçi” “Birlik kuboku”nda yarışanda zədəli olduğu üçün Moskvaya getməsə də, püşk komandamızı ermənilərlə qarşılaşdıranda qaçaraq Rusiya paytaxtına yollandı və oyundan sonra dığalarla düşən davada hamıdan öndə olan və gözünün altına “fara” alan da o idi. Qurban həmin Qurbandı ki hər zaman təmkini, mərifəti, duruşu, sadəliyi ilə gerizəkalı futbolçularımıza nümunə olub.

Aydın məsələdi ki, bu seçmə mərhələdə heç bir uğur qazanası deyilik. O zaman nə gərək var milyonlar verib xaricdən məşqçi gətirməyə? Onsuz da uduzmuşuq, uduzuruq, uduzacağıq! Qoyun elə Qurbanla uduzaq. Allahsızlıq edib və bunacan olanları - raufları, vaqifləri, əfranları, elvinləri unudub deyirsiz ki, “Qarabağ”da legionerlərin hesabınadı hər şey. Bir millidə də yoxlayın, bəlkə heç belə deyil?! Lap belədisə də, niyə uduzmaq üçün milyonlar xərcləyək əcnəbiyə? Elə Qurbanla da uduzub bu əcnəbiyə verilənləri deyək ki, uşaq futboluna xərcləyək… Nə isə… Qurbana şans verin! Foqtsa verdiyiniz şansdan!!! Ugursuzluqlar olsa da, ona inanın… İnanın ki, ən azı 2020-yə normal bir komanda yaradacaq! Çünki Qurban həmin Qurbandı - məşqçiliyə başlayanı hər il çempionluğunu və kuboklarını əlindən aldıgınız, elə o zamandan da millinin sükanını haqq etmiş, Allahın Azərbaycan futboluna göndərdiyi Qurban… Milliylə hansısa seçmə mərhələni keçəndən sonra haqsızlıqları xatırlayıb ağlayacağı günü görmək üçün ona şans verin, Allah eşqinə!

Anar ŞABANOĞLU

P.S. Ara qarışıb, məzhəb itib. Baş məşqçi təyinatını kimin həll etdiyinin və müraciəti kimə ünvanlamalı olduğumun da fərqində deyiləm - Elxan Məmmədov, Ramin Musayev, Rövnəq Abdullayev, yoxsa İlham Əliyevə? Üzümüzü Allaha tutaq, əziz azarkeşlər…




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31