25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“La Gazzetta Dello Sport”un jurnalisti: “Tardelli ölkənizdən təklif alıb, sadəcə olaraq...” EKSKLÜZİV

Milli komandamızın baş məşqçi postuna əsas namizədlərdən birinin italiyalı məşqçi Marko Tardellinin olduğu deyilir. İrlandiya yığmasında Covanni Trapattoninin köməkçisi işləmiş Tardellinin Azərbaycandan təklif aldığını artıq İtaliya KİV-i də yazır.

Bu haqda xəbəri Apennin yarımadasında ilk olaraq qələmə almış İtaliyanın məşhur “La Gazzetta Dello Sport” nəşrinin jurnalisti Fabio Liçari Futbolxeber.az saytına verdiyi açıqlamasında 60 yaşlı mütəxəssislə bağlı bunları söyləyib: “Açığı, onunla İtaliyada heç kim bu haqda danışmayıb. Əvvəla, onun nömrəsini çox adam bilmir. Bilirsiniz ki, o uzun müddət ölkə xaricində - Misir və İrlandiyada məşqçi işləyib. Amma mən Azərbaycan mətbuatında bu haqda xəbər gedəndən sonra onun özü ilə danışa bilmişəm. Sadəcə o mənə AFFA-dan təklif almadığını bildirdi. Bununla belə, düşünürəm ki, senyor Tardelli mənimlə səmimi danışmırdı. Məncə, o, ölkənizdən təklif alıb, sadəcə olaraq, bunu açıqlamaq istəmir. Düşünürəm ki, Tardelli millinizi çalışdırsa, müsbət nəticə verə bilər. Onun beynəlxalq təcrübəsi çoxdur və daha çox gənc futbolçularla çalışmağa üstünlük verir. Tardelli İtaliya U-21-də Çezare Maldini kimi məşqçinin əlindən su içib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30