23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mahmud Qurbanov: “Məqsədimiz Norveçi xalsız yola salmaqdır”

“Sabah bizi çox vacib oyun gözləyir. İlin son ev oyunudu. Ona görə də yaxşı nəticə qazanmaq istəyirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın müvəqqəti baş məşqçisi Mahmud Qurbanov deyib.

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyundan öncə mətbuat konfransı keçirən Qurbanov rəqib haqda bunları söyləyib: “Norveçin təqdimata ehtiyacı yoxdur. Çox güclü komandadırlar”.

Qurbanov tutduğu post haqda deyib: “Millinin başında olmaq böyük, eləcə də çox məsuliyyətdi. Mən də qələbə qazanmaq istəyirəm. AFFA yığmanın baş məşqçi postuna yeni çalışdırıcı axtarır. Odur ki, indiki məqamda baş məşqçilik haqda düşünmürəm”.

Müdafiənin sol cinahı ilə bağlı sualı Qurbanov “Hələ ki heyəti müəyyənləşdirməmişəm. Ona görə də indidən bu suala dəqiq cavab verə bilmərəm. Həmin mövqedə həm Maksim Medvedev, həm də Tərlan Quliyev çıxış edə bilər” - deyə, cavablandırıb.

“Professor” komandasına inandığını vurğulayıb: “Seçmə mərhələyə uğursuz başlamışıq. Amma nikbinliyimizi itirmirik. Sabahkı matçda qələbə qazanmaq istəyirik. Məqsədimiz Norveçi xalsız, ya da xal itkisi ilə yola salmaqdır”.

Rəqibin oyun tərzi haqda Qurbanov deyib: “Norveç millisinin heyətindən xəbərimiz var. Onların oyunlarını analiz etmişik. Rəqib uzun ötürmələrdən istifadə edir. Əks-hücumlara bel bağlayırlar. Amma biz ilk növbədə öz oyunumuzu oynamalıyıq”.

Öz oynadığı dövrdəki yığma ilə indiki komandanı müqayisə etmək istəməyən Mahmud Qurbanov, yığmaya çağırdığı yeganə legionerdən də söz açıb: “Digərləri kimi Nazarov da sabahkı oyuna hazırdı. Ümumiyyətlə, millinin üzü bütün futbolçulara açıqdır”.

Sonda isə millimizin çalışdırıcı norveçli jurnalistin “Azərbaycanda Avroviziya mahnı müsabiqəsi daha məşhurdur,  yoxsa milli komanda” sualını belə cavablandırıb: “Göstərəcəyik ki, Azərbaycanda milli komanda daha məhşurdur”.

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30