25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Kaxaber Tsxadadze: “İnter”ə bircə qol lazımdı” (Müsahibə)

“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Futbolxeber.az saytına müshaibə verib.

- Komandanız yoxlama oyununda “Simurq”la üz-üzə gəldi. Qarşılaşma haqda nə deyə bilərsiniz?

- Çempionatda bu qədər uzunmüdədlit fasilə olması mənfi haldır. Çalışırıq ki, komanda oyun praktikası baxımından əziyyət çəkməsin. Amma bu, tam alınmır. Çünki yoxlama oyunu elə yoxlama oyunudu. Əsas odur ki, qarşılaşmada zədə alan olmadı.

- Görüş ərzində komanda istədiyiniz oyunu göstərdi?

- Komandam yaxşı oynadı. Bir neçə qol şansımız da oldu. Lakin onları dəyərləndirə bilmədik. Yenə də qol vura bilməməyimiz çox mənfi haldır. Bunun üzərində çalışırıq. Əlimizdən ələni edirik ki, daha çox hücum edək. Qol vurmaq üçün qapıya daha çox zərbə endirmək lazımdır. Üstəlik, cinahdan təhkükəli ötürmələrin sayını da artırmaq lazımdır.

- Bəlkə də bu sualı eşitməkdən yorulmusuz. Amma soruşmalıyam. “İnter” niyə son oyunlarda qol vura bilmir?

- Bunun konkret səbəbini demək çətindir. Özünüz də gördünüz ki, “Simurq”la oyunda da xeyli qol epizodu yaratdıq. Amma alınmadı. Nildo ikinci hissədə zəif təsir bağışladı. Halbuki ilk yarıda daha hərəkətli idi. Amma mərkəz hücumçu daim hərəkətdə olmalıdı. Bəzi anlarda qol vurmaq üçün futbolçularda fərdi ustalıq çatışmır. İkinci yarıda Madriqal qapıçı ilə təkbətək qaldı. Amma fərdi ustalığı yüksək olmadığından topu saxlaya bilmədi.

- “İnter”in ardıcıl 5 oyunda qol vura bilməməsində Baçana Tsxadadzenin yoxluğunun rolu var?

- Əlbəttə. Bu məqa özünü açıq-aşkar göstərir. Çalışırıq ki, boşluqları dolduraq. Tezliklə komandaya yeni hücumçu qoşulacaq. Adını indidən açıqlaya bilmərəm. Amma onu deyim ki, avropalıdır. Ölkəsinin milli komandasında çıxış edib. Azad agent statusuna malikdir. Qarşıdakı günlərdə komandanın düşərgəsində olacaq. Onunla birbaşa müqavilə imzalayacağıq.

- Demək olar ki, “İnter” 1 qola ehtiyac duyur?

- Bəli, belə də söyləmək olar. Çempionata çox yaxşı başladıq. 20 qol vurduq. Amma sonradan komanda sanki dayandı.

- “Bakı” ilə oyundan sonra taktikanı dəyişdiyinizi demişdiniz. Bəlkə komandanın qol vura bilməməsində taktiki gedişlərin müəyyən rolu olub?

- “Bakı”dan sonrakı oyunlarda da taktikanı dəyişdik. Həmin vaxt 2 hücumçuyla oynayırdıq. Lakin sonradan Baçananın zədəsi səbəbindən yenidən 1 hücumçulu taktikaya keçdik. Problem ondadır ki, rəqib bütünlüklə müdafiə olunanda qol vura bilmirik. “Sumqayıt” demək olar ki, bütün komanda ilə arxaya çəkilmişdi. Belə məqamda isə fərdi keyfiyyətləri üstün olan hücumçuya ehtiyac var ki, rəqib müdafiəsini təkbaşına yara bilsin. Amma hazırda bizdə belə futbolçu yoxdur.

 - Qarşıda “İnter”i “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Bu qarşılaşma barədə nə söyləyə bilərsən?

- Çox çətin oyun olacaq. Mövsümə uğursuz başlasa da, artıq “Xəzər Lənkəran” özünə gəlib. Son oyunlarda da ard-arda uğurlu nəticələr qazanırlar. Amma biz də xeyli xal itirmişik. Odur ki, həmin xalları bərpa etməliyik. Bunun üçün də “Xəzər Lənkəran” üzərində qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqib çox güclüdür. Komandanın heyətində həm güclü yerli, həm də əcnəbi futbolçular var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30