25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Simurq" liderlə oyunun hazırlığına başladı

 

Dünən "Qəbələ" ilə görüşdə vacib qələbə qazanan "Simurq" ara vermədən "Neftçi" ilə oyunun hazırlıqlarına başlayıb. Futbolxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında çalışmalara start verən sarı-qaraları əvvəlcə baş məşqçi Georgi Çixradze ətrafına yığaraq ənənəvi söhbət edib, bir daha qələbə münasibətilə təbrik edib və tapşırıqlarını verib. Daha sonra futbolçular iki qrupa bölünərək hazırlıqlara başlayıb. Əsas heyətdə meydana çıxanlar yüngül qaçış və isinmə hərəkətləri ilə məşqi tamamlayaraq istirahətə çəkilib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetiriblər. Sonda isə iki qrupa bölünərək ikitərəfli futbol oynayıblar. Dünən ikinci qolda zədələnərək məcburi əvəzlənən oyunun qəhrəmanı Nicat Qurbanovda bu günkü hazırlıqda iştirak edib.   
 
Qeyd edək ki, komanda növbəti turda "Neftçi"nin qonağı olacaq. Bu görüşdə sarı vərəqə limitini keçən İlkin Qırtımov forma geyinə bilməyəcək. Onunla yanaşı Nicat Qurbanov və Eyyub Əliyevdə paytaxt klubundan icarə əsasında heyətə qatıldığından müqavilə şərtlərinə uyğun olaraq meydana çıxa bilməyəcək. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30