23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Bakı” bu qələbə ilə “çempionatda biz də varıq” dedi” (Müsahibə)

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca “Neftçi” ilə oyundan sonra (4:1) Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız “Neftçi” üzərində böyükhesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Yoldaşlıq görüşü idi. Arif Əsədov çox dəyər verdiyim bir mütəxəssisdi. Yoxlama oyunlarında üz-üzə gəlirik. Onlara çempionat matçlarında uğurlar arzulayıram. Qarşılaşma bizim üçün çox faydalı oldu. Gözəl oyunla qalib gəldik. Komandamı təbrik edirəm. Bu qələbə bir daha “Bakı”nın düzgün yolda olduğunu göstərdi. Komandam bir növ bu qələbə ilə “çempionatda biz də varıq” dedi.

- Risto Ristoviç və Lukar Mario Horvatın bu gün ayrıca məşq etməsinin səbəbi nədir?

- Onlar yalnız bu gün komandaya qoşulublar. Fasilə zamanı vətənlərinə yollanmışdılar. Yorğun idilər. Buna görə də ayrı çalışdılar.

- Müəyyən problemlər qarşılığında komandanı motivasiya etmək çətin olmur ki?

- Sevindirici məqam odur ki, yavaş-yavaş bütün məsələlər yoluna düşür. Hafiz Məmmədov hər zaman klubun arxasındadır. Gələcəkdə vəziyyətimiz daha da yaxşı olacaq. Çətinlikləri dərd etmirik. Çünki bu cür sıxıntılar istənilən klubda ola bilər.

- “Bakı”nın sərgilədiyi gözəl oyun problemlərin daha erkən həll olunmasına gətirib çıxara bilər?

- Təbii ki, hər şey yoluna düşdükcə bu da təsir edəcək. Komanda inanır. Çətin günlərdə biz Hafiz bəyi yalnız buraxa bilməzdik. “Bakı”da hər kəs vəziyyətin düzələcəyinə ümid edir. Hətta buna əminik. Biz sona kimi mübarizəmizi aparacağıq. Digər məsələlər də özlüyündə düzələcək.

- “Bakı” ilə lider arasında xal fərqi elə də çox deyil. Bu məqam komandanın çıxışına nə dərəcədə təsir edir?

- Bizi liderlər qrupundan cəmi 2 qələbə ayırır. Sabah, birisigün problemlərimiz yoluna qoyulanda, hədəfimiz daha yuxarı pillələrə yüksəlmək olacaq.  

- İlin sonuna kimi “Bakı” hansı mövqedə qərarlaşmağı planlaşdırır?

- İli altıncı və ya beşinci pillədə bitirsək, əla olar. Bu halda mübarizədən qopmayacağıq.

- Qarşıda “Bakı”nı çempionatda “Qarabağ”la oyun gözləyir. Bu qarşılaşma haqda hansı fikirdəsiniz?

- Həmin görüşə çox ciddi hazırlaşacağıq. Rəqib çox güclüdür. Bunu hər birimiz bilirik. Amma təslim olmaq fikrində deyilik. Sona kimi mübarizə aparacağıq. Çalışacağıq ki, “Qarabağ”dan xal və ya xallar alaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30