26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Stadionda xəsarət alan “Qarabağ” azarkeşi: “İnter”lə oyunda stadionda olmaq istəyirəm”

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutan  “Qarabağ” - “Dnepr” oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionunun qapısının aşması nəticəsində xəsarət alan Samir Miriyev artıq özünü yaxşı hiss edir. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, 1 saylı şəhər xəstəxanasında müalicəsini davam etdirən azarkeş həftəsonu evə buraxılacaq.

Samir Miriyev hadisəni belə təsvir edib: “Sevimli komandamın oyununa gəlmişdim. Qapılar qarşısında sıxlıq çox idi. Hamı içəri keçmək istəyirdi. Bəzi sektorlarda yer az qaldığından qapılardan keçmək olmurdu. Sonra qapıda problem oldu və o yerindən çıxdı. O zaman hadisə baş verəndən sonra müəyyən ağrılar olurdu. Amma həkimlərin səyi nəticəsində indi yaxşılığa doğru gedirəm. Əməliyyat uğurla keçdi”.

“Qarabağ” klubunun ona diqqət göstərməsini xüsusi vurğulayan Samir onlara təşəkkür etməyi unutmayıb: “Hər gün yaxınlarım yanımda olur. Səhərisi gün baş məşqçi Qurban Qurbanavu görəndə çox sevindim. “Qarabağ”ın rəhbərliyinə, futbolçulara, məşqçiyə təşəkkür edirəm. Mənə dəstək oldular. Onları yanımda görmək çox yaxşı idi”.

Həkimlərin sözlərinə görə Samir ən azı 1 ay ev şəraitində müalicə olunacaq. “Qarabağ”ın azarkeşi isə tez bir zamanda sağalmaq istəyir. Çünki, o, dekabrın 11-də Bakıda baş tutacaq “Qarabağ”-“İnter” matçını stadiondan izləmək niyyətindədir: “O vaxta kimi sağalsam həmin oyuna mütləq gedəcəm. Çalışacam ki, qrup mərhələsinin son oyununda stadionda olub”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30