29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Oğuz Çətin: “İnter”in son oyunlarda qolsuz heç-heçə etməsi bizim əleyhimizədir” (Müsahibə)

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin AZAL-a qarşı baş tutan yoxlama oyunundan (1:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- AZAL-a qarşı baş tutan oyun barədə nə deyə bilərsiniz?

- Çempionatda yaranan fasiləni ən yaxşı şəkildə dəyərləndirməyə çalışırıq. Məşqlərlə yanaşı, yoxlama oyununa da ehtiyac var idi. Odur ki, AZAL-la üz-üzə gəldik. Çətin və maraqlı oyun alındı. Amma 90 dəqiqə ərzində futbolçulardan istədiyimizi ala bildik. Əsas olan da budur.

- Komanda istədiyiniz oyunu sərgilədi?

- Futbolçuların çıxışından razıyam. Onlar hətta gözlədiyimdən daha artığını nümayiş etdirdilər. Bəlkə daha da yaxşı çıxış edə bilərdik. Lakin hakim imkan vermədi.

- Bəzi epizodlarda hakimin qərarlarından çox narazı görünürdünüz...

- Hakimi tanımıram. Amma bəzi qərarları həqiqətən də narazılığıma səbəb oldu. Halbuki fərqli qərarlar qəbul edə bilərdi.

- Vanderson Skuardellini bu gün fərqli mövqedə - müdafiənin mərkəzində sınadınız. Oyunu sizi qane etdi?

- Onun oyunundan məmnunam. Vanderson çox yaxşı futbolçudur, bacarıqlıdır. Bütün gücünü daim meydanda qoyur. Bu gün də etimadımı doğrultdu.

- Bu gün mərkəz müdafiəçilərindən ikisi sərəncamınızda deyildi. Skuardellini məcburiyyətdən həmin mövqedə sınadınız və “İnter”lə oyunda da onu eyni ampulada görə bilərik?

- Vandersonu məcburiyyətdən müdafiənin mərkəzində sınamadım. Həmin mövqedə oynaya biləcək gənc futbolçularımız var idi. Amma “İnter”lə matç haqqında indidən nəsə demək tezdir.

- Söz düşmüşkən, İnter”lə oyun barədə nə deyə bilərsiniz?

- Çempionat başlayanda xeyli xal itirdik. Son oyunlarda həmin xal itkilərini sığortalamağa çalışdıq. Hazırda aktivimizdə 17 xal var və zirvəyə yaxınlaşmışıq. İlk “üçlük”də yer almaq və liderə çatmaq üçün “İnter”lə görüş bizim üçün çox vacibdir. Bu qarşılaşmada uğur qazanmaq məcburiyyətindəyik. İddiamızı davam etdirmək baxımından “İnter”, həm də “Neftçi” ilə matçlar həlledici ola bilər.

- “İnter” son 4 oyununda qolsuz heç-heçəyə razılaşıb. Sizcə, bu amil “Xəzər Lənkəran”ın lehinədir, ya əleyhinə?

- “İnter” güclü komandadır və qazandığı nəticələr də bunu göstərir. Onlar öz qapılarını toxunulmaz saxlamaqla yanaşı, əksər hallarda istədikləri qoluı da vururlar. Məncə, “İnter”in son oyunlarda qolsuz heç-heçə etməsi bizim əleyhimizədir. Çünki rəqib qapısında qol görmür. Amma məqsədimiz qələbə qazanmaqdırsa, ilk dövrədə Lənkəranda baş tutan matçda olduğu kimi intizamlı oyun sərgiləməli, yaxşı mübarizə aparmalı və ələ düşən qol imkanlarından yararlanmalıyıq.

- Özünüz də qeyd etdiniz ki, “Xəzər Lənkəran” mövsümün əvvəlində vacib xallar itirdi. Amma son oyunlarda komanda toparlanıb və 4 oyunda qazanılan 10 xal da buna bariz nümunədir. “Xəzər Lənkəran”ın artıq uğursuzluq zolağından çıxdığını söyləmək olar?

- Mövsümün əvvəlində itirdiyimiz hər xal rəqibin bizdən aldığı xal deyildi. Həmin xalları biz çox sadə şəkildə rəqiblərə hədiyyə etdik. Problem o idi ki, komanda heç nədən qol buraxır, amma özü yaxaladığı real epizodları qola çevirə bilmirdi. Səhvlərimiz bitdi, hər şey geridə qaldı deyə bilmərəm. Zaman-zaman yenə də müəyyən səhvlər olur. Əsas müsbət məqam indi yaxaladığımız şansları dəyərləndirməyimizdir.

- Daha əvvəl komandadan ayrılan Vyakeslav Tomiç yenidən “Xəzər Lənkəran”a qayıtdı. Növbəti oyunlarda ona şans verməyiniz mümkündür?

- Tomiç çox güclü və təcrübəli bir qapıçıdır. Klubla olan məsələsi həll etdi. Komandaya qoşulubsa, bizim işimiz onu ən yaxşı şəkildə oyunlara hazırlamaqdı. Onun haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Özünü sübut etmiş futbolçudur. Gələcəkdə meydana çıxması təbii ki, mümkündür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31