29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin futbolçusunu "Ebola" ilə "vurdular"

Bu gün Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Qəbələ" yoxlama matçında xoşagəlməz hadisə yaşanıb. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, görüşün 40-cı dəqiqəsində "Qəbələ"nin nigeriyalı futbolçusu Ehiosun Ekiqo sumqayıtlı azarkeşlərin irqçi şüarlarına məruz qalıb. Bir qrup azarkeş qara dərili futbolçunun ünvanına "Ebola, Ebola", "Neqr"  şüarları səsləndiriblər. 24 yaşlı futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd göstərib. Bu zaman hakim ona sarı vərəqə göstərib.

Bu səbəbdən oyun 3-4 dəqiqə dayanıb. Lakin "Sumqayıt" klubunun futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra Ekiqo meydançaya qayıdaraq oyunu davam etdirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31