20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA da Demençukun hansı kluba baxışa gəlməsindən xəbərsizdi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın əsas yığmaya qarşı keçirdiyi yoxlama oyununda meydana çıxan Mixail Demençukun hansı Azərbaycan klubuna baxışa gəlməsindən AFFA da xəbərsizdir. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Futbolxeber.az saytına verdiyi açıqlama deyib: “Məndə bu haqda informasiya yoxdur. Ukraynalı futbolçunun hansı kluba baxışa gəlməsindən xəbərsizəm. U-21 hazırda ölkə xaricində olduğundan onlardan nəsə məlumat öyrənə bilmirik. Komandanın məşqçiləri Bakıya qayıtdıqdan sonra bu məsələni aydınlaşdıracağıq”.

Xatırladaq ki, əsas milli ilə yoxlama oyunundan sonra U-21-in baş məşqçisi Bernhard Lippert jurnalistlərə verdiyi açıqlamada “Həmin futbolçu mənə azərbaycanlı kimi təqdim edilib. Məsələ haqda dəqiq məlumatım yoxdur. Bildiyim qədəri ilə hansısa kluba baxışa gəlib. Amma hansı klub olduğundan da məlumatsızam” deyib.

Futbolxeber.az saytı 2 gün əvvəl Premyer Liqa klublarına soğru göndərsə də, bütün klublar belə bir futbolçunun baxışda olmadığını bildiriblər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30