28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA inzibatçını 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

10 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VIII turunun təxirə salınmış görüşü “Bakılı” - “Şuşa” matçında “Bakılı” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 52-ci dəqiqəsində “Bakılı” klubunun 4 №-li futbolçusu Fərid Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Mil-Muğan” - “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Kəpəz” - MOİK matçının 32-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov və oyunun 80-cı dəqiqəsində “Kəpəz” klubunun məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğlarına görə meydandan kənarlaşdırıldığları üçün hər ikisi 1 oyun cəzalanıb, klublar 100 manat cərimə olunub.

06 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Bakılı” - “Ağsu” matçı başa çatdıqdan sonra “Bakılı” klubunun inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimə olunub.

07 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Qaradağ Lökbatan” - “Lokomotiv” matçında “Lokomotiv” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

07 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun X turunun “Şahdağ” - “Neftçala” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 64-ci dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Elmar Yahyabəyovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyununun 90-cı dəqiqəsində “Şahdağ” klubunun 14 №-li futbolçusu Faik Ağarəhimovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31