18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran” aparıcı futbolçusunu itirdi

Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran”, noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirməkdədir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir. Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla  xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Rumıniyalı futbolçum əzələ yırtığı səbəbi ilə üç həftə komandasına kömək edə bilməyəcək.

Bu arada “Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-də saat 16.00 da AZAL Arenada start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30