28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Lippert yalan danışır: Demençuk heç bir kluba baxışa gəlməyib! ÖZƏL

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamızın əsas yığmaya qarşı keçirdiyi yoxlama oyununda yeni sima çıxış edib. Futbolxeber.az-ın məlumatına görə, söhbət Mixail Demençukdan gedir. Ukraynalı müdafiəçinin 20 yaşı var.

Oyundan sonra U-21-in baş məşqçisi Bernhard Lippert jurnalistlərə verdiyi açıqlamada “Həmin futbolçu mənə azərbaycanlı kimi təqdim edilib. Məsələ haqda dəqiq məlumatım yoxdur. Bildiyim qədəri ilə hansısa kluba baxışa gəlib. Amma hansı klub olduğundan da məlumatsızam” deyib.

Futbolxeber.az saytı Demençukun hansı kluba baxışa gəldiyini öyrənmək üçün Premyer Liqada mübarizə aparan klubların mətbuat xidmətlərinin rəhbərlərinə müraciət edib.

10 klubdan 8-i ilə - “Neftçi” (Gündüz Abbaszadə), “Xəzər Lənkəran” (Hüseyn Cəbrayıloğlu), “İnter” (Səbuhi Məmmədov), “Bakı” (İsgəndər İsgəndərov), “Qəbələ” (Anar Hacıyev), “Simurq” (Rüstəm Allahvediyev), “Sumqayıt” (Rəşad Məmmədov), AZAL (Elvin Yaqubov) əlaqə yaratsaq da, klub rəsmiləri Demençuk adlı futbolçunun düşərgədə baxışdan keçmədiyini bildirdilər.

Geriyə “Qarabağ” və “Araz Naxçıvan” qalır. Naxçivan təmsilçisinin gələcək taleyi qeyri-müəyyəndir. Odur ki, Demençukun “Araz Naxçıvan”da baxışdan keçməsi qeyri-mümkündür.

“Qarabağ” rəsmilərindən əlaqə yarada bilməsək də, başqa mənbədən Ağdam təmsilçisində də Mixail Demençuk adlı futbolçunun olmadığını öyrəndik.

Odur ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan heç bir klubda Mixail Demençuk adlı futbolçu baxışdan keçmir!  

Xatırladaq ki, bundan öncə U-21-də daha bir ukraynalı peyda olmuşdu. Söhbət Maksim Vaylodan gedir. İsraillə oyunda U-21-in heyətində (ehtiyatda) yer alan gənc qolkiper sonradan “Neftçi”yə transfer olundu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31