18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “Kimsə haqqımda yalan informasiya yazanda yas tutmuram” (Müsahibə)

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Futbolxeber.az saytına müsahibə verib.

- Son turda AZAL “Neftçi”yə böyükhesabla məğlub oldu. Yəqin ki, komandanızın çıxışını analiz etməsiniz. Rəqibə ciddi müqavimət göstərmədən uduzmağın səbəbini nədə görürsüz?

- Təbii ki, oyunu analiz etmişəm. Problem ilk növbədə psixoloji durumla bağlıdır. Əvvəlki turda “Simurq”la oyunun son dəqiqəsində qələbəni əldən verməyimiz komandaya çox pis təsir etdi. Açıq-aşkar görünürdü ki, “Neftçi” ilə oyundan öncə komandada psixoloji durum istənilən səviyyədə deyildi. Bunu futbolçularla fərdi söhbətdə də hiss eləyirdim. Hesabda geridə olduğun oyunda önə keçirsənsə və sona az qalmış qələbəni əldən verirsənsə, istər-istəməz bu komandaya pis təsir edir. “Neftçi” ilə oyunda mübarizə əzmi görə bilmədim. Digər problem isə ot örtüyü ilə bağlıdır. Biz daim süni ot ötrüklü meydançada məşq edib, oynadığımızdan təbii qazona keçəndə problem yaranır.

- Adətən böyükhesablı yenilgilərdən sonra bir çox komandalarda futbolçular cəzalanır. AZAL da eyni üsuldan istifadə edir?

- Yox, hər hansı bir cəza nəzərdə tutulmayıb. İndiki məqamda komandanı çətin vəziyyətdən çıxarmaq lazımdı. Cəzaya əl atsaq, bu, komandanı “sındıra bilər”. Mən də anlayıram ki, vəziyyət belə davam edə bilməz. 1 oyun yaxşı oynayırıq, 2 oyun heç nəylə yadda qalmırıq. Kiməsə hansısa səbəbdən fərdi cəzanın verilməsi mümkündür. Amma komanda şəklində cəzalanma nəzərdə tutulmayıb.

- Özünüz də qeyd etdiniz ki, AZAL bəzən 1 oyun yaxşı, 2 oyun pis və ya əksinə çıxış edir. Qeyri-sabitliyin səbəbini nədə görürsüz?

- Komandaya baxıram, bu barədə özüm də düşünürəm. “Bakı” və “Neftçi” ilə oyunlarda zəif təsir bağışladıq. Amma “Simurq”a qarşı yaxşı oynadıq. Digər tərəfdən də AZAL 3 ayın komandasıdır. Yeni heyət yığılıb və futbolçuların bir-birinə uyğunlaşması üçün zaman lazımdır.

- Komandaya yeni qoşulan legionerlərin uyğunlaşma prosesini tez keçməsi üçün hansısa addımlar atılır?

- Əlbəttə. İlk növbədə çalışırıq ki, futbolçuların ailələri yanlarında olsun. Bu, çox ciddi məsələdir. Mən də anlayıram ki, insan ailəsindən, uşağından aralı qalanda bütün fikrinin işinə cəmləyə bilmir. Artıq bir çox futbolçuların bu problemi həll olunub. Əksər legionerlərin xanımları, övladları bura gəlib. İnanıram ki, bundan sonra onlar daha səylə çalışacaqlar.

- Komanda uğursuz çıxış edəndə rəhbərliyin sizdən narazı olduğu, vəziyyəti dəyişmək üçün qarşınıza konkret tapşırıqlar qoyulduğu barədə xəbərlər yayılır. Bu xəbərlər nə dərəcədə həqiqətəuyğundur?

- Mən mətbuat nümayəndələrinə hörmətlə yanaşıram. Amma kimsə haqqımızda yalan informasiyanı yazanda yas tutmuram. Bu, mətbuatın işidir. Kim istəyir haqqı yazır, kim də istəyir əksini. Amma qıcıqlandırıcı xəbərlər, yazılar məni özümdən çıxara bilməz. Rəhbərlik qarşıma hər hansı bir sonuncu şərt qoymayıb. Klub rəhbərliyi daim yanımızdadır, onların dəstəyini hiss edirəm. Vitse-prezidentimiz, prezidentimiz oyunlardan qabaq futbolçularla görüşür, onları ruhlandırır. Bəzən də oyunsonrası toplantılarımız təşkil olunur. Bütün bunlar normal haldır və bu addımlar komandaya dəstək olmaq üçün atılır. Həm də açıq danışmaq lazımdı, məşqçini işdən çıxarmaq istəyəndə birbaşa deyirlər “çıx, get”. Hansısa başqa addıma ehtiyac olmur. AZAL bir ailədir. İndi hər birimiz sinəmizi irəli verib, komandanı bu vəziyyətdən çıxarmalıyıq. Bunun yollarını axtarmalıyıq.

- Çempionatda yaranan fasilədən necə yararlanmağı düşünürsünüz?

- Dünəndən (söhbət dünən olub-red.) etibarən məşqlərə başlamışıq. Amma tam ehyətlə çalışmırıq. Çünki komandanın bəzi legionerləri ölkələrinə yollanıblar. Eləsi var ki, bu gün qayıdacaq. Sabahdan etibarən tam heyətlə çalışacağıq və intensiv məşqlərə start verəcəyik. Gündə 2 dəfə hazırlıq keçəcəyik. Ayın 12-də də “Xəzər Lənkəran”la yoxlama oyunumuz var. Həmin görüşdən sonra sırf “Qəbələ” ilə oyunun hazırlığına başlayacağıq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30