18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Xəsarət alan azarkeşin atası: “Qarabağ” rəhbərliyi övladıma lazımı qədər diqqət göstərir”

Dünən keçirilən “Qarabağ” - “Dnepr” matçında Tofiq Bəhramov adına Respublika stadionunda dəmir qapının aşması nəticəsində xəsarət alan Sabir Mirzəyevin atası Valeh Mirzəyev Sportpress.az saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, V.Mirzəyev ilk öncə hadisə haqda danışıb: “Sabir stadiona qardaşı ilə birgə yollanmışdı. Biz əslən Fizulidənik. Mən də, oğlanlarım da illərdi “Qarabağ”a azarkeşlik edirik. Daim bu komandanın çıxışı ilə qürur duymuşuq. Dünən də iki oğlum komandaya dəstək olmaq üçün stadiona yollanmışdı. Qapıdan içəri daxil olarkən sıxlıq yarınıb, nəticədə də Sabirin qardaşı ilə əlaqəsi kəsilib. Qardaşı içəri keçib, o isə sıxlıqda bayırda qalıb. Nəticədə də xoşagəlməz hadisə baş verib. Oğlumun ombasında problem var. Sabah əməliyyat olunacaq”.

Sabir Mirzəyevin atası “Qarabağ”ın göstərdiyi münasibətdən razılığını ifadə edib: “Bu gün günorta saatlarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenidən oğlumu ziyarətə etdi. O, uşağın vəziyyəti ilə maraqlandı və qeyd etdi ki, bizim yanımızdadırlar. Qurbanov həmçinin vurğuladı ki, hər bir azarkeş onlar üçün çox vacibdi. “Qarabağ” rəhbərliyi lazımı qədər övladıma diqqət göstərir. Müalicə xərclərini də onlar üzərlərinə götürüblər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30