16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

"Qəbələ" finalda uduzdu

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçular arasında keçirilən beynəlxalq turnirə bu gün baş tutan matçlarla yekun vurulub. Futbolxeber.az xəbər verir ki, daha öncə keçirdiyi 4 matçda qalib gələrək finala vəsiqə qazanan "Qəbələ" həlledici oyunda Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşıb. Qrup mərhələsində üz-üzə gələn komandaların ilk duelindən "Qəbələ" qalib ayrılmışdı - 2:1.

Final matçına tərəflər kəşfiyyat xarakterli hücumlarla start veriblər. İlk yarı ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab açılmayıb. İkinci hissə də eyni ssenari üzrə davam edib. Matçına sonlarında "Qəbələ" bir neçə əlverişli imkan yaxalasa da, şansdan yararlana bilməyib və matç başladığı hesabla sona çatıb. Qalibi müəyyənləşdirmək üçün birbaşa penalti vuruşlarına keçilib. Penalti vuruşlarını daha dəqiq yerinə yetirən ukraynalılar 4:2 hesabilə qalib gəliblər və qızıl medallara sahib olublar.
Final matçının ardından turnirin mükafatçılarının və müxtəlif nominasiyalar üzrə qaliblərinin təltifetmə mərasimi baş tutub. İkincilik kuboku və gümüş medallara sahib çıxan futbolçularımız daha iki nominasiyanın da qalibi olublar. Komandamızın üzvü Coşqun Sülüymanov "ən yaxşı hücumçu", Süleyman Süleymanov isə "ən yaxşı qapıçı" mükafatlarına sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31