20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Dnepr”in yarımmüdafiəçisi: “Bakıdakı stadionda yaradılan atmosfer istənilən oyunçunu motivasiya edir”

“Bilirdik ki, bizi heç də zəif olmayan komanda ilə oyun gözləyir. Rəqibin heyətində yaxşı və usta futbolçular var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Dnepr”in yarımmüdafiəçisi Brunu Qama deyib.

Ukrayna mətbuatına açıqlama verən braziliyalı futbolçu “Qarabağ”la ikinci oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Biz qarşılaşmaya lazımı səviyyədə hazırlaşdıq. Təəssüf ki, evdə qələbə qazana bilməmişdik. Amma ikinci oyunda 3 xal qazanmaqla qrupdan çıxmaq uğrunda mübarizəyə qoşulduq”.

Qama azərbaycanlı azarkeşlərdən də söz açıb: “Stadionda yaradılan atmosfer istənilən oyunçunu motivasiya edir. Baxmayaraq ki, həmin azarkeşlər bizi yox, rəqibi dəstəkləyirdilər. İstənilən oyunçu dolu tribunalar qarşısında oynamaqdan zövq alır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30