19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Məgər biz pley-offa yüksəlmək istəmirik?” (Müsahibə)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsində “Dnepr”lə oyundan sonra jurnalistlərin suallarına cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.

- “Dnepr”lə cavab görüşü səfərdəki oyundan çox fərqləndi. Bu fikirlə razısan?

- Rəqib bizə yaxşı hazırlaşmışdı. İlk qolu buraxandan sonra istədiyimizi göstərə bilmədik. Əlbəttə, bərabərlik qolu bizi ümidləndirdi. Amma istədiyimiz kimi oynaya bilmirdik. Ukrayna təmsilçisi bizi yaxşı təhlil etmişdi. Sona yaxın üstünlük yenə bizdəydi. 1 xal qazanmaq üçün hücum edirdik. Təəssüf ki, alınmadı.

- Məğlubiyyəti necə izah edərsən. Rəqib güclü idi, yoxsa...?

- Biz hər zaman deyirik ki, futbolçuları tərifləməyin. Son zamanlar futbolçular haqda çoxlu xoş sözlər deyildi. Bütün bunlar komandaya təsir edir. Oyunumuz alınmır. Bəlkə arxayınçılıq yaranır. Komanda təriflənəndə istər-istəməz öz oyunumuzu göstərə bilmirik. Ümumilikdə meydanda mübarizə var idi. Sadəcə səhvlərimiz çox oldu.

- Bəlkə pley-off haqda fikirlər komandaya təsir etdi?

- Pley-off haqda fikirlər çox erkən oldu. Biz o barədə düşünmürdük. Hər matçda oyunumuz barədə düşünürük. Sonda qrupa əsasən iki komanda pley-offa çıxacaq. İndidən düşünsən özümüzü yandırarıq. Məgər biz pley-offa yüksəlmək istəmirik? Sadəcə bu barədə çox danışdıq. Qarşıda iki oyunumuz var. Bu oyunlardan sonra hər şey məlum olacaq.

- Reynaldonun əvvəlki formada olmadığı hiss olunur. Braziliyalının oyunu haqda nə deyə bilərsən?

- Yalnız bir futbolçu haqda danışmaq düzgün olmazdı. Məğlub olmuşuqsa deməli hamımızda nəsə alınmayıb. Ola bilər Reynaldo istədiyini etmədi. Bir oyuna görə fikir bildirmək çətindir. “Dnepr” bizi yaxşı təhlil etmişdi. Bu səbəbdən rahat oynamaq mümkün deyildi.

- Hakimin qərarları barədə nə deyə bilərsən? İlk hissədə cərimə meydançasında qayda pozuntusunu qeydə almadı...

- Həmin anı mən yaxından izləməmişəm. Ona görə fikir bildirmək çətindir. Ümumilikdə hakimliyin səviyyəsi normal idi. Normal idarəçilik oldu. Ola bilər bəzi epizodlar mübahisəlidir. Lakin təkrara baxmadan danışmaq düzgün olmaz.

- Çumbinyonun olmaması “Qarabağ”ın işini çətinləşdirdi. Onsuz oyun baxımından problemlər üzə çıxırdı...

- Hər zaman demişəm, Çumbinyosuz oynamaq çətindir. Komandada yeganə pleymeykerdir. Onun yeri görsənirdi. Zədələnməsi planlarımızı pozdu. Bu gün Çumbinyo meydanda olsaydı fərqli oyun göstərə bilərdik. Yəqin, qışda klub onun əvəzinə yeni futbolçu dəvət etmək barədə düşünər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30