24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Layiqli qələbə qazandıq”

Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Futbolxeber.az-ın Azerisport.az-a istinadən verdiyi məlumata görə, o, 2:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib: "Kiyevdəki oyundan sonra "Qarabağ"ın xoşuma gəldiyini açıqlamışdım. Onlara qalib gəlmək asan deyildi. Bu komanda hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməyə də çox yaxın idi. Təşkilatlanmış komandadı. Bunu bu gün keçirilən qarşılaşma da bir daha sübut etdi. Biz bu dəfə Kiyevdəkindən daha yaxşı oynadıq. Gərgin oyun alındı. İstənilən komanda belə böyük azarkeş ordusu qarşısında çıxış edəndə fərqli duyğular yaşayır. Bizə öz meydanımızda və ya Lvovda çıxış etməyə imkan vermədilər. Kiyevdə boş tribunalar qarşısında oynamaq çətindi. Bu gün isə çoxlu azarkeş qarşısında daha yaxşı oynamağı bacardıq. Kiyevdəki oyunda məğlubiyyətə layiq idik. Bu gün isə layiqli olaraq qələbə qazandıq. Çünki vurduğumuz qollardan başqa da qol epizodlarımız oldu".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30