24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Vəli Qasımov: “Dnepr” “Qarabağ”ı arxayınlaşdırmaq istəyir”

Veteran futbolçu Vəli Qasımov Sportpress.az saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Dnepr” görüşüylə bağlı danışıb. Futbolxeber.az-ın məlumatına görə, Qasımov oyunun Ağdam təmsilçisi üçün çox vacib olduğunu vurğulayıb: “Azərbaycan çempionu səfərdə düzgün oyun qurmaqla layiqli qələbə qazandı. Cavab matçı çətin olacaq. Bununla belə mən “Qarabağ”a inanıram. Qurban Qurbanovun komandası nəticədən asılı olmayaraq hər zaman layiqli oyun nümayiş etdirir. “Dnepr”ə qalib gələ bilməsələr belə yenə əzmkar oyun gözləyirəm. Bəzən olur ki, təmsilçilərimiz qalib gəlsə belə oyunu bəyənilmir. Amma “Qarabağ” Avroliqada çox mərd yarışır. Buna görə də bütün Azərbaycan onlardan qələbə gözləyir”.

Vəli Qasımovun fikrincə, “Dnepr” üçün Ukrayna çempionatı Avroliqa matçından vacib ola bilməz. Belə sözlərlə rəqib “Qarabağ”ı arxayınlaşdırmaq istəyir: “İnanmıram ki, onlar üçün Avropa Liqası maraqsız olsun. Axı Ukrayna çempionatında mübarizəylə yanaşı avrokuboklar da vacibdir. Ukrayna azarkeşləri bu gün “Dnepr”dən qələbə gözləyir. Üstəlik qazanılacaq 3 xal onlara pley-offa çıxmaq üçün mübarizəni davam etdirmək imkanı verəcək. Bu halda oyun az əhəmiyyətli ola bilməz. Sadəcə rəqib bizim komandanı arxayınlaşdırmaq istəyir”.

“Qarabağ” - “Dnepr” görüşü haqda proqnoz vermək istəməyən veteran futbolçu Azərbaycan çempionunun qələbə qazanacağına inandığını deyib: “Futbolçularımız məsuliyyəti dərk edir. Onlardan kollektiv oyun gözləyirəm. Qələbə qazanmaq üçün yetərincə potensial var. Rəqib zəif deyil, heyətdə oyunun taleyini həll etməyə qadir futbolçular var. Biz öz oyunumuzu oynasaq onlardan üstün ola bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30