19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Dnepr”ə sabah uduzsaq belə...”

“Səfərdəki qələbəyə baxmayaraq, sabahkı oyun çox çətin olacaq. Artıq hər iki komanda bir-birini tanıyır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində “Dnepr”ə qarşı keçiriləcək oyundan öncə mətbuat önünə çıxan təcrübəli mütəxəssis uğur qazanmaq istədiklərini qeyd edib: “Ağır oyun olacaq. Bacardıqca səhvsiz oynamalıyıq. Məqsədimiz yaxşı nəticə qazanmaqdı. Sabah heç-heçə olsa belə, “Dnepr”in qrupdan çıxmaq şansı qalır. Bilirəm ki, rəqib revanş almaq istəyir. Onların da məksimum hədəfləri var. Çalışmalıyıq ki, futbolçuları oyuna tam kökləyə bilək”.

Qurbanov indidən ikinci yer haqda düşünmədiklərini vurğulayıb: “Futbolçularla qrupda ikinci olmaq barədə danışmamışam. Bu barədə düşünsək, səhv edərik. Rəqibi düzgün qiymətləndirmək lazımdı. Vacib olan oyundu. Sabah uduzsaq belə, şansımız qalacaq. Oyundan oyuna tərcübə qazanırıq. İstədiyimiz oyunu qurmağa çalışmalıyıq”.

Təcrübəli mütəxəssis qeyd edib ki, komandası aqressiv oynamalıdır: “Hər bir futbolçumuz aqressiv olmalıdır. Çünki rəqib bizdən də aqressiv olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30