19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Burnumuzu sallamamalı, “Qarabağ”la oyuna hazırlaşmalıyıq”

“İrəliyə baxmalıyıq. İndi bizi “Qarabağ” və “Şaxtyor”a qarşı mühüm oyunlar gözləyir. Odur ki burnumuzu sallamamalı, hazırlaşmalıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Dnepr”in üzvü Artyom Fedotski deyib.

Bakıya gəlməmişdən öncə jurnalistlərin suallarını cavablandıran 29 yaşlı müdafiəçi mütləq qələbə qazanmalı olduqlarını vurğulayıb: “Sabahkı oyun bizim üçün mühüm əhəmiyyət kəsb edir. Qrupdan çıxmaq istəyiriksə, qələbə qazanmalıyıq. Bilirik ki, çətin oyun alınacaq. Onsuz da bizim hər oyunumuz asan alınmır”.

“Qələbə qazanmaq üçün nə etmək lazımdır” sualını Fedotski belə cavablandırıb: “İlk növbədə qol vurmaq lazımdı (gülür). Bunu bacarsaq, hər şey yaxşı olacaq. Belə baxanda oyun ərzində qol epizodları da yaradırıq. Lakin son mərhələdə nəsə alınmır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30