19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ukrayna TV: “Dnepr” “Qarabağ”a mütləq qalib gəlməlidi”

Ukrayna Televiziyası (Ukrayna TV) futbol üzrə Avropa Liqasının qrup mərhələsində 4-cü tur çərçivəsində keçiriləcək “Qarabağ” - “Dnepr” görüşü barədə reportaj yayımlayıb. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, Telekanal Azərbaycan paytaxtı Bakının il ərzində çoxlu sayda turnirlər qəbul etdiyini vurğulayıb: “Bakı hazırda çoxlu sayda idman yarışı qəbul edir. Bura boks, güləş və digər idman növləri daxildir. Gələn il paytaxtda ilk Avropa Oyunları təşkil olunacaq. Futbol hər keçmiş sovet ölkəsində olduğu kimi burada da çox sevilir. Ən çox sevilən isə “Neftçi” və “Qarabağ” klublarıdır. Sonuncu hazırda ölkə futbolunda ən böyük uğura imza atıb. Komandanın əsas hədəfi qrupa düşmək olduğu halda indi onlar pley-offa vəsiqə qazana bilər. Azarkeşlər yaxşı başa düşür ki, “Dnepr” Ukraynada çox pis oynadı. Bəlkə də matç Kiyevdə olduğu üçün məğlub olduq. Amma Ukrayna təmsilçisi hər şeyi düzəltmək imkanına malikdir. Bunun üçün səfərdə qələbə qazanmaq lazımdır. “Dnepr” “Qarabağ”a mütləq qalib gəlməlidi. Bu halda növbəti mərhələyə çıxmaq şansı qalır. “Qarabağ” ölkədə çox sevilir. Baş məşqçi Qurban Qurbanov hətta millinin sükanı arxasına namizədlərdən biridir. Bununla belə klubda ən çox diqqət braziliyalı legionerlərə yönəlib. Reynaldo, Almeyda – bu futbolçular ön xəttdə çox təhlükəlidir. İnanırıq ki, onlara qarşı “Dnepr” müdafiəsi lazımi tədbirlər görəcək. Bir də qeyd edək ki, “Qarabağ”ın ev oyunlarında stadionda boş yer olmur. Azarkeşlər çox emosional tərzdə komandanı dəstəkləyir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30