28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Qarabağ”ın məqsədi qələbə qazanmaq olacaq”

"Qarabağ" olduqca yaxşı komandadır. Bu dəfə onlar öz meydanlarında oynayacaqlar”. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

Bakıdakı oyun haqda danışan Markeviç, qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Yəqin ki, rəqibin məqsədi qələbə qazanmaq olacaq. Lakin bizim də geriyə yolumuz yoxdur. Bu mənada oyunun gərgin keçəcəyini düşünürəm. İlk öncə öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar”.

Markeviç futbolçularının son məğlubiyyətdən sonra məyus olduğunu bildirib: “Məlum məsələdir ki, futbolçular “Dinamo”ya böyükhesablı məğlubiyyətə görə məyusdurlar. Ancaq bunu unudaraq, irəli baxmaq lazımdır. Həm Premyer Liqada, həm də Avropa Liqasında hələ heç nə itirilməyib. Sadəcə, meydanda ən yaxşı oyununu göstərmək lazımdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31