20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Araz Naxçıvan”ın dağılmasına imkan verilməməliydi”

Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İskəndər Cavadov Sportpress.az saytına açıqlamasında “Araz Naxçıvan” klubunun milli çempionatdan imtina etməsinə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, o, qeyd edib ki, Naxçıvan təmsilçisinin dağılmasının qarşısı alınmalıydı: “Debütant komandanın çempionatdan imtinası pis haldı. Bu xəbəri oxuduğum zaman inanmadım. Amma klubun rəsmən çempionatdan imtina etməsi təsdiqlənəndə çox pis oldum. Biz Gəncə, Tovuzda klublara dəstək olmaq istəyirik. Milli çempionatda isə belə hal baş verir. “Araz Naxçıvan”ın bu hala düşməsi azarkeşlərə təsirsiz olmayacaq. Sən gəlirsən komandana dəstək olursan, sonra deyirlər ki, artıq komanda olmayacaq”.

Cavadovun sözlərinə görə, klubun dağılması maliyyə problemiylə əlaqədar ola bilər: “İş adamları artıq klublara milyonlar xərcləyəndə yüz dəfə düşünür. Hamıya məlumdur ki, Azərbaycanda sponsorlar futboldan qazana bilmir. Iş adamları isə ardıcıl pullar xərcləyir. Nəticədə nə vaxtsa rəhbərliyin maliyyə problemi üzə çıxır və komandası fəaliyyətini dayandırır. Çox pis haldı Azərbaycan futbolu üçün. Naxçıvan klubunun ola bilər maliyyə problemi olub. Başqa ciddi səbəb görmürəm. Axı oyunda problem olsa belə mübarizəni dayandırmaq olmazdı. Tovuz, Gəncə klubları premyer liqada yoxdu. İndi isə Araz Naxçıvan iştirakını dayandırdı. “Bakı” klubunun problemləri olduğu deyilir. Deməli, maliyyəsi stabil olan klublarımız azalır və sabah başqa komanda çempionatda iştirak etmək imkanında olmaya bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30