29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Mirhüseyn Seyidov: “Çalışacağam ki, say doldurmaq üçün milliyə çağırılmadığı sübut edim” (Müsahibə)

“Neftçi”nin yarımmüdafiəçisi, ilk dəfə olaraq əsas milli komandamıza çağırılan Mirhüseyn Seyidov Futbolxeber.az saytına müsahibə verib.

- İlk dəfə olaraq milli komandaya dəvət aldın. Əvvəlcə bununla bağlı təəssratlarını öyrənmək istərdim.

- Neçə ildi aşağı yaş qrupu üzrə milli komandalarda çıxış edirdim. Son 3 ildə də U-21-də forma geymişəm. Sevinirəm ki, nəhayət əsas milliyə də dəvət aldım. Bunun üçün çox şadam. Hər bir futbolçu kimi mən də millidə oynamağı çox istəyirdim. Qismət bu vaxtaymış.  

- Milliyə daha əvvəl çağırılacağın gözlənilirdi. Səncə, indiyə kimi kənarda qalmağının səbəbi nədir?

- Ola bilər daim oynamadığım üçün dəvət göndərmirdilər. Amma cari mövsümdən etibarən “Neftçi”də əsas heyətdə çıxış edirəm. Çempionatın demək olar ki, əksər oyunlarında forma geymişəm. Avrokubok matçlarında da forma geyirdim. Bəlkə də bu yaxşıdır. İndi hazır futbolçu kimi milliyə dəvət aldım. Görünür, oyunum Mahmud Qurbanovun diqqətini cəlb edib. Son oyunları mütəmadi olaraq izləyirdi. Dəvətə görə Mahmud Qurbanova təşəkkür edirəm.

- Razısan ki, baş məşqçi postunda Mahmud Qurbanov yox, Berti Foqts olsaydı yenə də millidən kənarda qalacaqdın?

- Əvvəl millinin məşqçisi Berti Foqts idi. Həqiqətən də o, mənə dəvət göndərmirdi. Bunun səbəbini bilmirəm. Amma indi vəziyyət dəyişib. Mahmud Qurbanov əsasən yerli futbolçuları milliyə dəvət edib. Biz də bu etimadı doğrultmalıyıq.

- Millinin əsas heyətinə düşmək şansını necə dəyərləndirirsən?

- İndidən bu barədə danışmaq tezdi. Amma hər bir futbolçu kimi mən də millinin şərəfini qorumaq arzusundayam. Çalışacağam ki, milliyə say doldurmaq üçün çağırılmadığımı sübut edim.

- Norveçlə oyun barədə nə deyə bilərsən?

- Milli seçmə mərhələnin ilk 3 oyununda uduzub. Heyətə çağırılıb-çağırılmamağımızdan asılı olmayaraq, yenilgi hər bir azərbaycanlı futbolçuya pis təsir edir. Halbuki hər kəs millidən daha inamlı çıxış gözləyirdi. Çünki bu dəfə 3 komanda qrupdan çıxır və bu məqam komandaların şansını artırır. İndi hər kəsi Norveçlə oyun maraqlandırır. Bu oyunda mütləq dönüş yaratmaq lazımdır. Öz azarkeşlərimiz önündə oynayırıq. Buna görə də uğur qazanmalıyıq. Düzdür, hələ ki “Qarabağ”ın üzvləri və Türkiyədə çıxış edən futbolçularımız komandaya qoşulmayıblar. Onlar komandaya qoşulduqdan sonra tam heyətlə çalışacağıq. Məqsədimiz Norveçlə oyunda qələbə qazanmaqdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31