19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Saşa Stamenkoviç: “Sırf limitə görə ehtiyatda qaldığımı demək olmaz”

“Mənim meydana çıxmamağım problem deyil. Emil Balayev də “Neftçi”nin futbolçusudur. O da meydana çıxmalıdır”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.

Son turlar ehtiyatda qalan serb qolkiper bunun limitlə bağlı olduğunu düşünmür: “Sırf limitə görə ehtiyatda qaldığımı demək olmaz. Qərarı baş məşqçi qəbul edir. O da hazırda Emilin qapını qorumasını istəyir. Mən bunda hansısa problem görmürəm”.

“Vəziyyət dəyişməsə, hansı qərarı qəbul edəcəksən” sualını Stamenkoviç belə cavablandırıb: “Deməli, qismət belədir. Əldən heç nə gəlmir. Emil gənc qapıçıdır. Hazırda yaxşı formadadır. Mən də ona dəstək oluram”.

Stamenkoviç azarkeşlərə minnətdarlıq edib: “AZAL-la oyunda azarkeşlər mənim üçün banner açmışdılar. Buna görə çox sevindim. Onların dəstəyini hiss etmək çox xoşdur. “Neftçi” azarkeşləri növbəti dəfə sübut etdilər ki, onlar Azərbaycanda 1 nömrədirlər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30