28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Araz-Naxçıvan" rəsmən fəaliyyətini dayandırdı

“Araz Naxçıvan” klubu yeni bəyanat yayıb. Klubun rəsmi saytına yer alan bəyanatda deyilir:

- "Araz-Naxçıvan" PFK ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə də rəsmi məktub göndərib. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapıb. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağlayıblar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir.

Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi.

Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.

Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq.

Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31