18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Şahin Diniyev: “Qarabağ” Bakıda “Dnepr”lə heç-heçə oynasa...” (Müsahibə)

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Sportpress.az saytına müsahibə verib. Futbolxeber.az həmin müahibəni təqdim edir:

- “Qarabağ” - “Dnepr” görüşündə Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsiniz?

- Bu oyun hər iki komanda üçün çətin olacaq. Ukrayna təmsilçisi Bakıda xal itirəcəyi təqdirdə qrupdan çıxmaq şansını xeyli azaldacaq. Əsl “ölüm-dirim” görüşü olacaq.“Dnepr” matça ciddi yanaşaraq maksimum oyununu göstərməyə çalışacaq.

- Komandamızın pley-off şanslarını necə dəyərləndirirsiniz?

- Əgər Bakıda “Dnepr”lə heç-heçə oynasaq şanslarımız kifayət qədər olacaq. Üstün futbol nümayiş etdirib uğur qazansaq daha yaxşıdır. Sadəcə rəqib artıq “Qarabağ”ın oyununu tanıyır. Ona görə matç çətin olacaq. Etiraf etmək lazımdır ki, yaxşı fürsət var. Bu şansdan maksimum istifadə etmək lazımdır.

- Bakıdakı oyun səfərdəki matçdan necə fərqlənəcək?

- “Dnepr” Bakıda tam fərqli oyun göstərəcək. Biz onların bir oyununu gördük. Amma fikrimcə onlar komandamıza yuxarıdan aşağı baxırdılar. Ona görə də cəzalandılar. Cavab matçı çox maraqlı və rəngarəng olacaq. Güzəşt olmayacaq. Əgər məğlub olmasaq böyük nəticəyə doğru yolumuz davam edəcək.

- Ukrayna təmsilçisinin oyun tərzi haqda nə söyləyə bilərsiniz?

- “Qarabağ”a qarşı “Dnepr” ən yaxşı oyununu göstərmədi. Müdafiədə ağıllı oyunçular çoxdur. Amma ağırlıq var. Orta xətt rəngarəng hücumlar yaratmağa çalışır. Yaxşı komandadır. Cinahlardan gələn toplarla rəqibi sınağa çəkir. Bakıda hansı taktikayla oynayacağını demək çətindir.

- “Qarabağ”ın futbolçusu Reynaldo son avrokubok oyunlarında fərqlənmir. Bunu nə ilə əlaqələndirmək olar?

- Reynaldo yaxşı futbolçudur. Bir neçə oyunda fərqlənməməyin bir neçə səbəbi ola bilər. Özünə qarşı inamsızlıq, məşqçinin taktikası, rəqibin ona qarşı diqqətlə oynaması və digər səbəbləri sadalamaq olar. Son oyunlarda Vüqarla Corc daha çox iş gördü. Reynaldo formadadır, sadəcə öz zamanını gözləyir. Reynaldo elə futbolçudur ki, qol şansını özü yaradır. Kiminsə onun üçün qol imkanı yaratmasını gözləmir. Unutmayaq ki, ona qarşı rəqib də hazırlaşır. Məhz bu səbəbdən onun üçün oynamaq asan deyil.

- Son sualımız milli komandayla bağlıdır. Robert Prosineçkinin namizədliyi açıqlandı. AFFA bir neçə namizədlə danışıq apardığını təsdiqlədi. Sizcə indiki halda Prosineçki kimi məşqçi milli komandanı xilas edə bilər?

- AFFA-nın namizədlərlə danışıqlar aparması təbii haldır. Milliyə namizəd məşqçilərlə söhbət olmalıdı. Özü də onlarla tanış olmaq vacibdir. Onların planları, şərtlərini öyrənirlər. Maliyyə şərtləri müqayisə edirlər. Son qərarı İcraiyyə Komitəsi verəcək. Bu bir-iki nəfərin işi deyil. Lakin yığmanın ilk 3 oyunda uduzması qrupdan çıxmaq arzumuzun üstündən xətt çəkib. Onsuzda əvvəlcədən qrupdan çıxmaq hədəfinin real olmadığı görünürdü. Indiki halda bu məqsədə çatmaq mümkün deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30