20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yaşar Seyidov: “Bakı”da kluba sadiq insanlar qalıb” (Müsahibə)

“Bakı”nın icraçı direktoru Yaşar Seyidovla “Het-trik news” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Klubda vəziyyət necədir? İrəliləyiş var, yoxsa “Bakı” hələ də yerində sayır?

- Müəyyən çətinliklərlə rəğmən irəliləyiş var. Özünüz də görürsünüz ki, komanda klubun akademiyasının yetişdirdiyi gənc futbolçuların hesabına Premyer Liqada çıxışını və iddiasını davam etdirir.

- Maraqlıdır, iddia dedikdə nəyi nəzərdə tutursunuz?

- Premyer Liqada qalmağı. İddiamız çoxlarına gülməli gələ bilər. Amma 17-18 yaşlı “bişməmiş” gənclərdən bundan artığını tələb edə bilmərik. Bu uşaqlar “Bakı”nın gələcəyidir və onların sərgilədiyi oyun bizimlə yanaşı hamımızı sevindirməlidir.

- Futbolçuların maaşlarının verilməsi ilə bağlı yaranan problem hələ də həll olunmamış qalır.

- Bu problem noyabrın 12-sinə kimi həllini tapmalıdır. Klubun prezidenti Hafiz Məmmədov da vəziyyətdən xəbərdardır. Hazırda Azərbaycanda deyil, müalicəsi ilə əlaqədar ölkə xaricindədir. Qaytdıqdan sonra hər şeyi yoluna qoyacaq.

- Futbolçuların pulsuz oynamaq barədə verdiyi sözə naxələf çıxaraq maaşların gecikdirilməsinə görə məşqlərə çıxmamaq istəyi doğrudur, yoxsa şayiə?

- Bu, “Bakı”nın Futbol Akademiyasının yetişdirdiyi futbolçulara aid deyil. Həmin uşaqlar nəinki maaşların gecikməsi, digər çatışmazlıqlarla bağlı belə etiraz etmək istəyində olmayıblar və olmayacaqlar da. Bundan başqa komanda elə futbolçulardan qurulub ki, onların hər biri verdiyi sözün üstündə durmağı bacarır və hər bir çətinliyə dözür. Ancaq yerli futbolçulardan təşkil olunmuş bir komandanın uğurunu kimsə həzm etməyə bilər. Bu şayiələr də məhz kimlərinsə təxəyyülünün məhsuludur.

- Yaşar müəllim, məgər Jaba legioner deyil?

- Jaba əsl “Bakı”lıdır. Komandanın gənc futbolçularına bir örnəkdir. Jaba komandanın çətin durumunda dəstək oldu və gənclər də ondan ibrət götürürlər.

– “Bakı”nın çempionatda iştirakını dayandırmaq istəməsi ilə bağlı Sizin PFL-ə müraciət etdiyiniz deyilir...

- Tamamilə yanlış fikirdir. Söhbət iştirakı dayandırmaqdan getmir. Doğrudur, PFL-ə müraciət etmişik. Amma birincilikdən imtina ilə deyil, ötən turda “Neftçi” ilə oyunun başqa vaxta təyin olunması ilə bağlı.

- Səbəb pulsuzluqdur...

- Çempionat oyununu təşkil etməyə təkcə idman qurğusunun olması bəs etmir. Oyundan əvvəl bir çox xərc aparan işlər var ki, onları yoluna qoymaq lazımdır. Bizim də müəyyən çətinliklərimiz olduğundan PFL-ə müraciət etdik. Müraciətimiz geri çevrildi və məcbur olub birtəhər yaranan problemləri həll etdik. Özünüz də bilirsiniz ki, klubun işi təkcə futbolçulara maaş verməklə bitmir. İdman strukturunu da saxlamaq üçün pul lazımdır. Təsəvvür edin, qazonun suvarılması üçün ayda 22 min manat təkcə su pul aparır. Ot örtüyünün normal vəziyyətdə saxlanması üçün isə 35 min manata kimi pul lazımdır. Mən hələ işıq, qaz və digər xərcləri demirəm. Komandanı saxlamaq təkcə oyuna çıxmaqdan ibarət deyil ki.

- Klubun hazırki vəziyyəti yəqin ki, akademiyanın da işinə təsirsiz ötüşəyib. Son vaxtlar oranı tərk edənlərin sayı artıb.

- “Bakı”da kluba sadiq insanlar qalıb. Doğrudur, gedənlər oldu. Bura təkcə akademiyada təhsil alan uşaqlar daxil deyil. Mən futbolçuları, məşqçiləri, texniki işçiləri də nəzərdə tuturam. Bu gün “Bakı” bir ailə kimidir və çətinlikdən birlikdə çıxacağıq.

- Hər il klub aşağı yaş qruplarından ibarət futbolçuları idman geyimləri ilə təmin edirdi. Bu il necə?

- AFFA ilə danışıqlarımız olub. Yaxınlarda akademiyada təhsil alan 250 uşağın hamısı yeni idman geyimləri və ləvazimatları ilə təmin olunacaqlar.

- AFFA bunu kluba yardım məqsədilə öhdəsinə götürüb?

- Uşaq futbolunun inkişafına çərçivəsində.

- Sonuncu sualım - bir müddət əvvəl yeni ildən etibarən azarkeşlərin tamam başqa “Bakı”nı görəcəyini demişdiniz. Fikriniz dəyişməyib ki?

- Hamımız, o cümlədən Hafiz Məmmədov da çalışır ki, problemlər tezliklə həll edilsin. Əlbəttə, fikrimiz dəyişməyib. Özü də bunu çox istəyirik. İnşallah, tezliklə hər şey əvvəlki axarına düşəcək.

 




Ad: Səxavət Yaqubov;   E-mail: [email protected]

04.11.2014 12:52

Yaşar Seyidov Bakı Futbol Klubunun ən ağır günlərində klubu ayaqda saxlayan şəxsdir.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30