19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İstənilən halda “Neftçi”nin məqsədi çempionluqdu”

“Gözümün altındakı zərbəni oyunda yox, dünən məşqdə aldım”, Bunu Futbolxeber.az saytına verdiyi açıqlamada “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

AZAL-ı 4:0 hesabı ilə darmadağın etdikləri oyun haqda danışan gənc futbolçu, layiqli qələbə qazandıqlarını bildirib: “Maraqlı oyun alındı. Matçın əvvəlində AZAL bizdən geri qalmamağa çalışırdı. Amma sonradan üstünlüyü tam ələ aldıq. Bunun da nəticəsində ard-arda qollar vurduq. Həm birinci, həm də ikinci hissədə. Bu qələbəyə tam layiq idik”.

Elvin Yunuszadə qeyd edib ki, hər zaman olduğu kimi “Neftçi”nin məqsədi yenə də çempionluqdur: “Turnir cədvəlinin yuxarı pillələrində sıxlıq olması müsbət haldı. Bu, çempionatda gərginliyin artmasının göstəricisidir. İstənilən halda “Neftçi”nin məqsədi çempionluqdu”.

“Neftçi”nin vitse-kapitanı rəqibin meydana motivasıyasız çıxması fikrini qəbul etməyib: “Belə deməzdim. AZAL da qələbə qazanmaq istəyirdi. Sadəcə, biz gün çox gözəl oynadıq. Rəqibə göz açmağa imkan vermədik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30