25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Jurnalistlər “Bakcell Arena”da polislərin təzyiqinə məruz qaldılar...

...GÜNAHIN BİR QİSMİ DƏ “NEFTÇİ”DƏDİ

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Neftçi” - AZAL (4:0) oyunundan sonra bir neçə jurnalist matçın keçirildiyi “Bakcell Arena”da təzyiqə məruz qalıb. Futbolxeber.az-ın məlumatına görə, hadisə qarşılaşmadan sonra baş verib. 5-6 jurnalist “Neftçi”nin futbolçularının çıxdığı qapının qarşısında dayanıblar. Məqsəd futbolçulardan müsahibə almaq idi. Lakin stadionda olan polislər jurnalistlərin peşə vəzifələrini yerinə yetirməsinə əngəl olmağa çalışıblar. Hətta yarışları təşkil edən qurum - Peşəkar Futbol Liqasının təqdim etdiyi vəsiqə də polisləri fikrindən daşındırmayıb: “Ya içəri daxil olun, ya da stadionu tərk edin”. Stadionun daxilinə keçməyə isə “Neftçi”nin mühafizəçiləri imkan verməyiblər...Nəhayət, məsələyə ilk öncə “İdman Azərbaycan” kanalının şərhçisi Elnur Məmmədli qarışıb. E.Məmmədli də polislərin haqsız olduqlarını, jurnalistlərin vəzifə borclarını yerinə yetirdiklərini bildirib. Ardınca isə hadisə yerinə özünü “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə çatdırıb. Yalnız bundan sonra polisləri fikrindən daşındırmaq mümkün olub.

Bu məsələdə polislər qədər “Neftçi” də günahkardır. Çünki oyundan sonra “mix-zona” təşkil etmək meydan sahibi klubun borcudur. Yaxşı tutaq ki, “mix-zona” yoxdur, bəs yağış altında qalan bir neçə jurnalisti otağa buraxmaq olmazdı? Axı, media nümayəndələrinin üzünə bağlı olan həmin otaqda mühafizəçilər, jurnalistlər, əcnəbi futbolçuların xanımları və başqaları var idi. 5-6 jurnalistin də o otağa daxil olması digərlərinin yerini dar etməzdi...

“Bakı” ilə oyundan sonra jurnalistlərə müsahibə verən "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovdan sitat: “Əgər biz dünya standardlarından danışırıqsa, oyunçularla medianın ünsiyyət forması ya oyundan öncə təşkil olunan mətbuat konfransında, ya da oyun sonrası “miks zona”da olmalıdı. Oyun öncəsi mətbuat konfranslarını bərpa etmək fikrimiz var. Qarşılaşma başa çatdıqdan sonra da isti-isti futbolçulardan müsahibə götürmək mümkün olacaq”...

Bunu Elnur Məmmədov demişdi, “Bakı” ilə oyundan sonra. 3 gün keçib. AZAL-la oyundan sonra jurnalistlər yağış altında polislərlə mübahisə edəndə Elnur bəy görəsən haradaydı?

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30