23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Rəvan" "Sumqayıt"la oyuna hazırdı

 

"Rəvan” Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığı başa vurub. Futbolxeber.az-ın məlumatına görə, komanda dünən keçirilən məşqi başa vurduqdan sonra oyun saatını gözləməyə başlayıb.
Matçöncəsi son hazırlıqda baş məşqçi Ramil Əliyev futbolçuları çox yormayıb. Yüngül qaçışdan sonra sadə təmrinlər yerinə yetirən oyunçular ardından toplu çalışmalara vaxt sərf edib. Məşqin sonluğu isə qapıya zərbələr üzərində işləməyə həsr edilib.
 
Komandada yenə Nikolay Orlovski ümumi qrupdan ayrı məşq edib. Ayağında zədəsi olan moldovalı müdafiəçinin oynayıb-oynamayacağı bu gün müəyyənləşəcək. Amma komandanın həkimi Ceyhun Əliyev Nikolayın meydana çıxmaq şansının az olduğunu bildirib. Digər tərəfdən, Orlovski oynamasa belə, Orxan Lalayev onu əvəzləməyə tam hazırdı. Gənc müdafiəçi vərəqə limitini doldurduğuna görə üzləşdiyi 1 oyunluq cəzasını başa vurub və meydana çıxmağa can atır.
 
Sonda onu da qeyd edək ki, bu gün keçiriləcək oyun "Bayıl stadionu”nda baş tutacaq və saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30