19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Sadıq Sadıqov: “Neftçi”dəki problemlər komandanın oyununa təsir edir” (Müsahibə)

“Neftçi”nin prezidenti Sadıq Sadıqov AZAL-a qarşı baş tutan oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” AZAL üzərində böyükhesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Komandanın belə qələbəsini görmək çox xoşdur. “Neftçi” bu gün rəqibdən güclü idi. Hesab arasındakı fərq böyük olsa da, ağır oyun idi. Ümumiyyətlə, “Neftçi”nin AZAL-la oyunları daim maraqlı alınır. Bu gün də ilk 20 dəqiqədə AZAL yaxşı oynayırdı, meydanda mübarizə aparırdılar. Lakin birinci qoldan sonra vəziyyət dəyişdi.  

- “Neftçi”nin rəqibdən güclü olduğu açıq-aşkar hiss olunurdu. Necə düşünürsüz, bu cür oyunlara motivasiya olmaq çətinlik yaratmır ki?

- Oyundan qabaq da paltardəyişmə otağında futbolçularla söhbət etdim. Onlara da dedim ki, bu, ən vacib oyunlardan biridir. Çünki bu oyundan sonra çempionatda fasilə yaranır. Bu məqam özü də bir motivasiyadır. Hər komanda fasiləyə qələbə ilə çıxmaq istəyir. Qazanılan qələbə isə futbolçuların fasilədə daha əzmlə çalışmasına, növbəti oyunlara daha yaxşı motivasiya olmasına təsir edir. İnanıram ki, 20 günlük fasilədə də komanda yüksək formasını qoruyacaq.

- Tur “İnter” və “Qəbələ”nin xal itirməsi ilə yadda qaldı və “Neftçi” hər 2 rəqibini geridə qoydu...

- Oyundu, hər şey olur. Amma mövsüm uzundu. Hələ ikinci dövrənin ikinci oyununu keçirdik. Qarşıda 25 tur var. Odur ki, mübarizə qabaqdadı. İndidən nəsə demək çox tezdi.

- Geridə qalan 11 turu “Neftçi” üçün necə dəyərləndirə bilərsiniz?

- “Neftçi”nin gücü bəllidir. Yaxşı komandamız var. Amma hələ ki “Neftçi” öz layiqli oyununu oynamır. Komanda olaraq güclüyük. Belə baxanda, xal hesabında vəziyyət qənaətbəxşdir. Liderlər qrupundayıq və ilk pillə ilə fərqimiz cüzidir. Lakin mən “Neftçi”dən daha yaxşı oyun gözləyirəm. Komanda bundan da yaxşısına qadirdi.

- Sizcə, komanda niyə istədiyiniz oyunu sərgiləyə bilmir?

- Bunda bir çox amillərin rolu var. Daxili problemlərdi. Bu problemlər də daim bizimlə qalacaq, onları açıqlamayacağam. Klubun tərkibində belə hallar olur. Bu da oyunumuza təsir edir.

- Problemlərə maliyyə məsələləri də daxildir?

- Bura hər bir şey daxildir.

- Azarkeşlərin bir qismi əvvəlki “Neftçi”nin indiki komandadan daha baxımlı oyun sərgilədiyini düşünürlər. Bu fikrə münasibətiniz necədir?

- Əgər Arif Əsədovla işləyiriksə, deməli onun fəliyyəti bizi qane edir. Hansı taktika ilə oynamaq məşqçinin seçimidir. Düşünmürəm ki, “Neftçi” müdafiə futbolu oynayır. Müdafiə futbolu oynasaydıq, bir top vurub hesabı qoruyardıq. Bu gün özünüz də gördüz ki, “Neftçi” hesabı açdıqdan sonra da hücumlarına ara vermədi. Nəticədə növbəti qolları da vurdu. Hətta daha çox da qol vura bilərdik. Lakin şanslarımızı boşa verdik. Bugünkü oyunda Denis Silva sol cinah müdafiəçis mövqeyində çıxış edirdi. Amma yenə də qol vurdu. Bütün bunlar isə onu göstərir ki, “Neftçi” müdafiə futbolu oynamır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30