24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İnter”dən ilk, Azərbaycanda 12-ci

Bakının “İnter” klubu ardıcıl 3 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın VIII turunda “Simurq”, IX turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə edən paytaxt təmsilçisi X turda “Qarabağ”la matçdan qolsuz “sülh”lə ayrılıb. Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə haldır.

Lakin ardıcıl üç 0:0-a imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə hal təxminən yarım il əvvəl qeydə alınmışdı. “Rəvan”, “Simurq” və “Neftçi” ilə görüşlərdə 1 xal qazanan AZAL nə qol vurmuşdu, nə də buraxmışdı. Buna ötən mövsümün sonunda – 32-34-cü turlarda təsadüf olunmuşdu.

Ümumiyyətlə isə “İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib.

0:0-lar üzrə rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və “Neftçi”yə (1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir. “Qarabağ” (1997/98, 2009/10) iki, “Karvan” (2009/10), “Turan” (1996/97) və “Xəzri” (1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək 4-ə çatan olmayıb ki, seriyası davam edən “İnter” bu görünməmiş nəticəni gerçəkləşdirə bilər.

“İnter” ardıcıl heç-heçmə seriyası isə 4-ə çatıb. Belə ki, qolsuz başa çatan 3 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu isə 5-ə bərbərdir. “Neftçi” 1993/94 və 2010/11, “Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib. “İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30