23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Jaba: “Belə məğlubiyyətə layiq deyildik” (Müsahibə)

“Bakı”nın hücumçusu Jaba “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Qarşılaşma barədə nə deyə bilərsən?

- Oyun çox çətin keçdi. Biz güclü rəqibə qarşı yaxşı oyandıq. İlk yarıda qol şanslarımız vardı. Amma dəyərləndirə bilmədik. Halbuki həmin şanslardan yararlansaydıq, oyun tam başqa cür olardı.

- Səncə, hesab oyuna görə oldu?

- Bizim səhvlərimiz oldu. “Neftçi” də təcrübəli futbolçularının sayəsində bu səhvlərdən məharətlə yararlandı. Belə məğlubiyyətə layiq deyildik. Komandada müəyyən problemlərin olduğu hiss olunur. Amma çalışacağıq ki, bundan sonra daha yaxşı çıxış edək.

- Hakimlərin idarəçiliyini necə qiymətləndirə bilərsən?

- Hakimlər barədə danışmaq istəmirəm. Çünki bizim işimiz futbol oynamaqdı.

- Amma referinin bəzi epizodlarda qərarı narazılıqla qarşılandı...

- Məncə, müəyyən səhvlər oldu. Bir epizodda rəqib futbolçuya sarı vərəqə göstərmək olardı. Bəzən hansısa epizodda cərimə verməmək də mümkün idi. Bir də ofsayt qərarlarının bir-ikisi mübahisəli idi.

- Azarkeşlərin sənə inamı böyükdür. Komandanı bu vəziyyətdən çıxara biləcəksən?

- Deyim ki, Azərbaycan çempionatında hər klubun heyətində səviyyəli legionerlər var. Mən də bura komandama kömək etmək üçün gəlmişəm. Azarkeşlərə təşəkkür edirəm ki, həm mənə, həm də komandaya sona kimi dəstək olurlar. Biz də öz oyunumuzla fanatların etimadını doğrultmağa çalışacağıq.

- Bu gedişlə “Bakı” turnir cədvəlinin aşağı pillələrindən qurtula biləcək?

- Komandanın əsasını gənclər təşkil edir. Bu da şansları bir qədər azaldır. Amma biz çalışacağıq ki, “Bakı”nı turnir cədvəlində daha yüksək pillələrə yüksəldək. Gənclərin bugünkü oyunu məni sevindirdi. “Neftçi” kimi güclü rəqibə çətin anlar yaşatdıq. 2-3 qol şansımız da oldu. Həmin şanslardan yararlansaydıq, qələbə də qazanardıq. Amma ümidimizi itirmirik. Hər birimizi “Bakı”ya bağlayan sevgidi. İnanıram ki, tezliklə komandanın bütün problemləri həll olunacaq və “Bakı” yenə də iddialı olacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30