25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycan klubu problemlər içində boğulur

AYLIQ 100 MANAT MAAŞ, MƏŞQ ETMƏK ÜÇÜN TOPRAQ MEYDANÇA

Azərbaycanda daha bir klub ciddi problemlər yaşayır. Futbolxeber.az-ın məlumatına görə, I divizionda mübarizə aparan Mingəçevirin “Energetik” klubu böyük çətinliklərlə üz-üzədir. Komandada çıxış edən futbolçuların aylıq əmək haqqısı 100 manatdır. Hətta 50, 60 manat alan da var. Halbuki “Energetik”ə “Azərenerji”nin sponsorluq etdiyi deyilir. Amma bu sponsorluq yalnız sözdədir.

Bundan başqa, komandaya məşq etmək üçün şərait yaradılmır. Futbolçular Yaşar Məmmədzadə adına stadionun qazonuna yalnız oyundan-oyuna ayaq basırlar. Başqa günlər isə komanda torpaq meydançada məşq etmək məcburiyyətindədir.

Vəziyyət qısa zaman ərzində düzəlməsə, bu gedişlə “Energetik” də tarixin yaddaşına köçəcək...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30