29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” Avroliqa oyununu Olimpiya stadionunda keçirə bilər

İnşası davam etdirilən möhtəşəm Olimpiya stadionu 2015-ci ilin əvvəlində təhvil veriləcək. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, stadionun açılışı üçün Avropanın məşhur klublarından birinin ölkəmizə dəvət edilməsi müzakirə obyektinə çevrilib. Digər maraqlı məqam isə futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la bağlıdır. Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda səfərdə Ukraynanın “Dnepr” klubuna qalib gəlməklə pley-offa çıxmaq şanslarını artırıb. Əgər “Qarabağ” pley-offa vəsiqə qazanarsa, ev oyununu yeni arenada keçirmək imkanına malik olacaq. Olimpiya stadionunda ilk oyunu keçirəcəyi halda Ağdam təmsilçisi tarixə düşəcək.

Qeyd edək ki, hazırda “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. Amma komanda pley-offa adlasa, stadionun dəyişdirilməsiylə bağlı UEFA-ya müracəit edə bilər. Olimpiya stadionunun inşası tam gücüylə davam edir. Arenanın fevral-mart aylarında hazır olacağı gözlənilir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimi məhz Olimpiya stadionunda keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31