29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mövsümün 100-cü qolunu “Qarabağ”ın hücumçusu vurdu

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Futbolxeber.az-ın məlumatına görə, IX turun startına qədər 89 qolun vurulduğu çempionatın yubiley topu I dövrənin son matçına təsadüf edib. Turun 11-ci qolu, mövsümdə 100-cü olub. Bu isə “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki 2-ci top yubiley xarakteri daşıyıb. 29-cu dəqiqədə dublunu rəsmiləşdirən İnnosent Emeqara həm “Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün 100-cü qolunun müəllifi kimi tarixə düşüb. Ümumilikdə isə IX turda 14 qol qeydə alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq 2,45-ə bərabər olub. Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31