24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Simurq” AZAL-la oyuna 3 itkiylə hazırlaşır

Azərbaycan Premyer Liqasının IX turunda doğma arenada dünən "Araz Naxçıvan"ı böyükhesabla məğlub edən "Simurq", ara vermədən növbəti oyunun hazırlıqlarına başlayıb. Futbolxeber.az-ın məlumatına görə, səhər saatlarında yağış altında keçirilən məşqdə futbolçular iki qrupa bölünüb. Son görüşdə əsas heyətdə forma geyinən futbolçular qaçış və isinmə hərəkətlərindən sonra məşqi fitness zalda davam etdirib. Qalanları isə qısa ötürmələr və qapıya zərbələrdən sonra ikitərəfli oyun keçirib.

Zaqatalada son hazırlıq işlərini gördükdən sonra "sarı-qaralar" Bakıya yola düşəcək. AZAL-la oyun öncəsi son məşqini isə “Simurq” qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da edəcək.  

"Simurq" "təyyarəçilər"lə görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Adam Banas və Murad Səttarlı ilə yanaşı, Benjamin Lambot da bu matçda forma geyinə bilməyəcək. Belçikalı futbolçu "Araz Naxçıvan"la oyunda sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, AZAL - "Simurq" qarşılaşması oktyabrın 29-da saat 17:00-da start götürəcək. Zaqatala təmsilçisinin Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün ikinci dövrəsindəki ilk matçı da "Simurq TV" vasitəsilə "AZAL Arena"dan canlı yayımlanacaq.  


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30