19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Nildo: “Qarabağ”a hörmətlə yanaşıram, amma...” (Müsahibə)

“İnter”in hücumçusu Franka Nildo “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə “Neftçi”yə qarşı baş tutan oyun barədə fikirlərini açıqlayardın.

- Yaxşı oynadıq. “Neftçi” də yaxşı komandadır və bizimlə oyunda yaxşı müdafiə olundular. Səfərdə oynayırdıq, buna görə də nəticəni pis saymaq olmaz. Bir xal bizim üçün vacibdir.

- “İnter” son 2 oyunda qol vura bilməyib. Bunun səbəbi nədir?

- Dəqiq bir söz deyə bilmərəm. Bəzən alnır, bəzən yox. Biz hər oyunda qələbə qazanmağa, qol vurmağa çalışırıq. İnanıram ki, artıq növbəti oyunda bu problemi həll edəcəyik.

- Sona yaxın əvəzləndin. Güc qalmamışdı, yoxsa...?

- Yox, bu baş məşqçinin qərarı idi. Mən özümdə güc hiss edirdim. Baş məşqçi oyunu kənardan izləyir və lazım olanda dəyişiklik edir.

- Əvəzləmədən sonra Tsxadadze ilə aranızda kiçik dialoq oldu. Baş məşqçi nədən narazı idi?

- Bir epizodla bağlı fikrini bildirdi. Bunda qeyri-adi nəsə yoxdur. Ümumiyyətlə, baş məşqçimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Oyun zamanı bəzən əsəbləşir və iradlarını bildirir.

- Növbəti turda “İnter” “Qarabağ”la qarşılaşacaq. Ağdam klubundan yenidən zirvəni geri ala biləcəksiniz?

- “Qarabağ”a hörmətlə yanaşıram. Ancaq öz komandama da çox inanıram. Biz mütəmadi olaraq qələbə qazanmağın yollarını fikirləşirik. Hələ çempionatın ilk dövrəsi arxada qalıb. Qarşıda daha 3 dövrə var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30