24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Tezliklə “Bakı” əvvəlkindən də güclü olacaq” (Müsahibə)

“Bakı”nın aparıcı üzvlərindən olan Risto Ristoviç Futbolxeber.az saytına müsahibə verib.

- “Bakı” 9-cu tur çərçivəsində AZAL-ı 1:0 hesabı ilə məğlub etdi. Oyunla bağlı nə deyə bilərsən?

- Oyundan əvvəl komandada inam böyük idi. Hər birimiz qələbə qazanacağımıza inanırdıq. Qarşılaşma da yaxşı alındı. Meydanda gərgin mübarizə gedirdi. Komandamız çox yaxşı oyun sərgilədi. Hər bir futbolçu əlindən gələni etdi və layiqli qələbə qazandıq.

- Həmişəkindən fərqli olaraq AZAL-la oyunda müdafiənin sol cinahında qərarlaşmışdın. Fərqli mövqedə qərarlaşmaq çətin deyildi?

- Buna qədər istər “Bakı”, istərsə də daha əvvəl oynadığım komandalarda 2-3 dəfə bu mövqedə oynamışdım.

- Deməli, heç bir çətinliklə üzləşmədin?

- Yox, çətinlik çəkmədim. Çünki dediyim kimi, daha əvvəl də müdafiənin sol cinahında oynamışam və nə lazım etməli olduğunu bilirəm. Təbii ki, yarımmüdafiədə oynamağım daha yaxşıdır.

- Çempionatda artıq ilk dövrə başa çatdı. “Bakı” keçirdiyi 9 oyundan 3-ündə qələbə qazandı. Bu nəticəni əvvəldən gözləmək olardı?

- “Bakı”da müəyyən problemlər olduğu məlumdur. Amma biz bunu dərd etmirik. Komandada istedadlı futbolçular cəmləşib. Komanda ürəklə, tam gücü ilə çalışır. Bunun da faydasını görürük. Çempionata pis başladıq. Çünki hazırlıq keçməmişdik. Amma turlar keçdikcə vəziyyət dəyişdi. Son oyunlarda 3 qələbə qazanmağımız da buna əyani sübutdur. Əminəm ki, tezliklə “Bakı” əvvəlki əzəmətini qaytaracaq. Komanda əvvəlkindən də güclü olacaq.

- Komandada çətinliklər olsa da, “Bakı” meydanda döyüşür. Necə motivasiya olursuz?

- Komandada toplaşanların hamısı - yaşından, təcrübəsindən asılı olmayaraq peşəkarlardı. Biz bilirik ki, meydana çıxmışıqsa, başqa heç nə barədə düşünə bilmərik. Oyun başladısa, maksimum gücünü meydanda qoymalısan. Həm də “Bakı”nın prezidenti Hafiz Məmmədovdur. Biz ona çox inanırıq. Əminik ki, Hafiz bəy üzərinə düşəni edəcək və komandanın vəziyyəti tezliklə düzələcək.

- Mövsümöncəsi bir çox futbolçular komandanı tərk etdilər. Klubun öz yetirmələri belə dar gündə “Bakı”dan getdikləri halda, sən də daxil olmaqla bir neçə legioner komandada qaldı. Risto Ristoviçin sadiqliyinin səbəbi nədir?

- Səbəb “Bakı”nın böyük klub olmasıdır. Həyatda pis gün də olur, yaxşı gün də. Getməməyimdə Hafiz Məmmədov kimi şəxsin kluba rəhbərlik etməsinin rolu oldu. Əminəm ki, “Bakı”nın vəziyyəti düzələcək. Nə olur-olsun, klubda qalmaqla düzgün qərar qəbul etdiyimə əminəm.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Son 4 oyunda 3 qələbə qazanan “Bakı” uğurlu çıxışını davam etdirə biləcək?

- Mən komandamıza inanıram. Əminəm ki, “Neftçi”ni də məğlub edə bilərik. Elə son olaraq AZAL-a qarşı baş tutan oyun da göstərdi ki, “Bakı”ya heç kim zəif gözü ilə baxa bilməz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30