29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mirbağır İsayev İsveçrə üzərindəki qələbədən danışdı

U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan - İsveçrə oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev affa.az saytına fikirlərini bildirib: “Belçika yığmasına məğlubiyyətdən sonra qarşımızdakı ən vacib məsələ futbolçuları növbəti oyuna psixoloji baxımdan hazırlamaq idi. Nə qədər çətin olsa da, müəyyən mənada bunun öhdəsindən gəlməyi bacardıq. İsveçrə futbolda kifayət qədər inkişaf yolu keçmiş ölkədir və İsveçrənin istər əsas millisi, istərsə də müxtəlif yaş qruplarından ibarət komandaları vaxtaşırı dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edir. Sevinirik ki, belə bir ölkənin təmsilçisinə qalib gəlməyi bacardıq. Bu qələbədə zəhməti olan, bunu arzulayan, bizə dəstək verən hər bir kəsi təbrik edirik. Əlbəttə, qələbədə də, məğlubiyyətdə də bütün komanda üzvlərinin payı və məsuliyyəti olur, kimisə fərqləndirmək düzgün olmazdı. Bununla belə, qapıçımızın oyununu xüsusi qeyd etməliyəm. Ötən oyunla müqayisədə bu dəfə qapıçı mövqeyində dəyişiklik etdik və və bu əvəzləmə öz bəhrəsini verdi. Qapıçımız bu gün komandanı dəfələrlə çox çətin vəziyyətlərdə xilas etməyi bacardı. Turnir hələ yekunlaşmayıb və son oyunda da uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31