20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

İlk dəfə Futbolxeber.az-da: Azərbaycan millisinin taleyini vərəqələr həll edə bilər!

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci turun oyununda milli komandamız İsveçrəni 2:1 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, bu qələbə sayəsində milli komandamız qrupda ikinci pilləyə yüksəlib.

2 turdan sonra yığmamızın aktivində 3 xal var. Lakin hazırda qrupda üçüncü yerdə olan Bosniya və Hersoqovina millisinin də aktivində 3 xal var. Üstəlik, millimiz kimi bosniyalıların da top fərqi 2-4-dür. Yəni, hər iki komandanın göstəriciləri tamamilə eynidir. Son turda isə millimiz elə Bosniya və Hersoqovina ilə üz-üzə gələcək. Əgər, həmin görüş heç-heçə başa çatsa, bu zaman komandaların bütün göstəriciləri eyni olur. Belədə isə ortaya sual çıxır: mərhələni hansı komanda adlayır - Azərbaycan, yoxsa Bosniya və Hersoqovina?

Reqlamentə əsasən komandaların bütün göstəriciləri eyni olduğu halda, alınan vərəqələrə diqqət yetirilir. Yəni, hansı komanda 3 oyun ərzində daha az cəzalanıbsa, o komanda da mərhələ adlayır. Qəribədir ki, 2 turdan sonra bu baxımdan da bərabərlikdir. İlk 2 tur ərzində həm millimiz, həm də bosniyalılar 7 dəfə sarı vərəqəylə cəzalanıblar. Bu isə o deməkdir ki, üçüncü turda oyun heç-heçə başa çatsa, üstəlik hər iki komandadan eyni sayda futbolçu vərəqəylə cəzalansa, o zaman növbəti mərhələ adlayan komandanın adı penatilər seriyasından bəlli olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30