20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Sifətim qana boyansa da, Rəşad Sadıqovun “Dnepr”lə oyunda geydiyi formanı ukraynalılara vermədim”

Dünən Kiyevdə keçirilən “Dnepr” - “Qarabağ” oyununu canlı olaraq stadiondan izləyən azərbaycanlı azarkeşlərdən biri - Vüqar Rəcəbzadə matçdan sonra ukraynalıların hücumuna məruz qalıb. Hadisə ilə bağlı V. Rəcəbzadə Futbolxeber.az saytına açıqlama verib: “Mən “Neftçi” azarkeşi olsam da, sırf oyuna görə “İmərət” və “Sector 11” qrupunun üzvləri ilə birgə Kiyevə yollandım. Komandamızı sona kimi dəstəklədim və şükürlər olsun ki, “Qarabağ” qələbə qazandı. Oyun bitəndən sonra “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqov formasını mənə hədiyyə etdi. Oyundan sonra uşaqlardan ayrılıb, metroya düşdüm. Qatara minəndə arxamca 6 nəfər də gəldi. Onlar əlimdə formanı görmüşdülər. Həmin ukraynalılardan biri formanı istədi. Təbii ki, vermədim. Dartmaq istəsə də, ala bilmədi. Birdən yanındakı şəxs yumruqla burnuma zərbə endirdi, burnumdan, dodağımdan qan açıldı. Uzun sözün qısası, 6 nəfər üstümə düşdü. Paltarım cırılsa da, sifətim qan olsa da, sona kimi formanı buraxmadım. Nəhayət, qatar növbəti stansiyaya çatanda polis içəri daxil oldu və onlar qaçdılar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30