16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Simurq”: Çixradzeylə 86-ya doğru

Oktyabrın 25-də “Simurq” Premyer Liqada növbəti matçına çıxacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu görüş Zaqatala təmsilçisinin baş məşqçisi Georgi Çixradzenin rəhbərliyi altında çempionatda 86-cı qarşılaşması olacaq.

2011-2012-ci il mövsümündə ardıcıl 5 məğlubiyyətdən sonra istefaya göndərilən Sergey Yuranın yerinə gürcü mütəxəssis təyin edilib. Georgi Çixradze Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora, Çokiça Hadziyevski və Sergey Yurandan sonra “Simurq”un 6-cı baş məşqçisi olaraq klubun tarixinə düşüb.

Təyin olunduğu mövsümdə yeni baş məşqçi təhlükəli zonadan komandanın uzaqlaşdırılmasında böyük pay sahibi olub və “Simurq” 2011/12-ci il mövsümünü 9-cu pillədə başa vurub. Buna qədər Bakının “İnter” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən Georgi Çixradzenin rəhbərliyi altında Zaqatala təmsilçisi 9 matçda meydana çıxıb və yalnız XXVI turda AZAL-a məğlub olub. Qalan səkkiz oyunda “sarı-qaralar” 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xal əlavə edərək I diviziona düşməkdən xilas olub. Bu görüşlərdə “Simurq” rəqib qapısından 8 qol vurub, 6 dəfə isə meydana mərkəzdən başlamağa məcbur olub.

2012/13-cü il mövsümü Georgi Çixradzenin komandası üçün daha uğurlu olub. Onun rəhbərliyi altında Premyer Liqada növbəti 32 oyuna çıxan “Simurq”, bu qarşılaşmaların 12-də qələbə qazanıb, bir o qədər də heç-heçə edib. Yalnız səkkiz matçda meydanı xalsız tərk edən Zaqatala təmsilçisi sonda 48 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Bu nəticə həmçinin “Simurq”un tarixində ikinci ən yaxşı göstərici olaraq qeydə alınıb. Mövsüm ərzində Premyer Liqa matçlarında rəqib qapısına 32 qol vuran komanda, doğma arenada keçirdiyi 16 qarşılaşmada səkkiz dəfə meydanı qalib, üç dəfə isə məğlub kimi tərk edib. Qalan matçlarda isə heç-heçə qeydə alınıb. Səfər matçlarında isə komandanın bu mövsümdə 4 qələbə və 7 heç-heçə sayəsində hesabına 19 xal yazdırıb.

Georgi Çixradzenin “Simurq”u tarixində daha bir rekordu yeniləyib. Oktyabrın 4-də “Sumqayıt” üzərində qələbə ilə komanda ard-arda 8 turda məğlubiyyətin nə olduğunu bilməyib. Üstəlik bundan əvvəlki mövsümündə son 6 oyununda Zaqatala təmsilçisi gürcü mütəxəssislə meydanı xalsız tərk etməyib.

22-ci Azərbaycan çempionatında artıq hər kəs Georgi Çixradzenin rəhbərliyi altında “Simurq”un ən azı ötən uğuru yeniləcəyini gözləsə də, ancaq hər şey sonda istənilən kimi olmayıb. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi 2013/14-cü il mövsümündə Premyer Liqada daha 36 qarşılaşmada meydana çıxıb. Bu oyunların 11-də qələbəni qeyd edən komanda, 13 qarşılaşmadan isə bir xalla ayrılıb. 12 görüşdə məğlub olan gürcü mütəxəssisin yetirmələri 46 xalla mövsümü 7-ci pillədə tamamlayıb. Bu qarşılaşmalar “Simurq” rəqib qapısından 35 qol keçirdib. Rəqiblər isə 28 dəfə komandanı topu tordan çıxarmağa məcbur edib.

Cari mövsümdə isə “Simurq” hələ ki Georgi Çixradzenin rəhbərli altında Premyer Liqada 8 görüşdə meydana çıxıb. Bu qarşılaşmaların 3-də qalib gələn komanda, 4-də məğlub, birində isə qolsuz heç-heçə edib. Hazırda gürcü mütəxəssisin yetirmələri 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Ümumilikdə isə, “Simurq” Georgi Çixradze ilə Premyer Liqada 85 görüşə çıxıb. Bu qarşılaşmaların 29-da qələbə qazanan komanda, 21 oyundan bir xalla ayrılıb. Qalan matçlarda məğlub olan Zaqatala təmsilçisi gürcü mütəxəssisin rəhbərliyi dövründə rəqib qapısına 84 qol vurub. 68 dəfə isə meydanın mərkəzinə dəvət edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30