24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Namiq Yusifov: "Bizim məqsədimiz futbolla yanaşı, Azərbaycanı, Qarabağı təbliğ etməkdir"

"Tarixi qələbədir. Bunun sözlə ifadəsi çox çətindir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-kapitanı Namiq Yusifov komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gecə "Dnepr" (Ukrayna) üzərində qələbəsini şərh edərkən deyib.

Yarımmüdafiəçi Ukrayna mətbuatına müsahibəsindən də danışıb: "Ukrayna telekanalına müsahibədə də bildirdim ki, bizim məqsədimiz futbolla yanaşı, Azərbaycanı, Qarabağı təbliğ etməkdir. Çox adam inanmırdı ki, "Dnepr"i səfərdə uda bilərik. Ancaq komandanın əzmkarlığı sayəsində qələbə qazandıq. Oyuna qələbə üçün çıxmışdıq. Gərək matçdan əvvəl qələbəyə köklənəsən ki, heç-heçəyə çox da məyus olmayasan. Heç-heçə haqda düşünmək məğlubiyyətə də gətirib çıxara bilər. Biz də qələbəyə inanırdıq. "Dnepr" "Barselona" deyil ki... Baş məşqçimiz tapşırmışdı ki, onlara oynamaq imkanı verməyək və öz oyunumuzu göstərək. Düşünürəm ki, buna nail olduq. Özünüz də şahidi olduz, ikinci hissədə öz oyunlarını qura bilmədilər və məcbur qalıb uzun ötürmələrlə keçdilər. Hətta baş məşqçiləri də tez-tez kənardan qışqırırdı ki, top qabağa vurun". 


Korner.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30