19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mikayıl Nərimanoğlu: “I divizion klublarından kimə pul çatmayıbsa, öz problemidi”

AFFA Dövlət Neft Şirkəti tərəfindən I divizion təmsilçilərinə ayrılan pulların son 2 ayda klublara ödənilməməsi haqda xəbərə münasibət bildirib. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Futbolxeber.az saytına verdiyi açıqlamada bunları deyib: “Həmin vəsait klubların hesabına köçüb. Bunu əminliklə deyirəm. Əgər, I divizion klublarından kiməsı pul çatmayıbsa, yəni hansısa klub hələ ki pulunu amlayıbsa, bu, onların öz problemidi. Deməli, özlərində nəsə problem var”.

Xatırladaq ki, bu gün Futbolxeber.az saytına I divizion klublarının birindən məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, Dövlət Neft Şirkəti tərəfindən ayrılan vəsait klublara birbaşa deyil, AFFA-nın vasitəsi ilə ötürülür. Bu prosesə işə birbaşa assosiasiyanın baş katibi Elxan Məmmədov nəzarət edir. Baş katib isə son zamanlar I divizion klublarını incidir. Belə ki, Neft şirkəti ayrılan vəsaiti AFFA-nın hesabına köçürsə də, o pullar klublara göndərilməyib. Oktyabr ayı başa çatmaq üzrə olsa da, I divizion təmsilçilərinə hələ ki sentyabr ayının pulu verilməyib. Bir müddət əvvəl də buna bənzər problem yaşanmışdı. Həmin vaxt bu məsələ mətbuata sızsa da, sonradan Elxan Məmmədov klub rəhbərlərinə məlumatı təkzib etmək üçün basqı etmişdi. Həmin proses indi də təkrarlanır. Hətta qeyri-rəsmi məlumatlara görə, Neft şirkətinin hesabına ayaqda duran I divizion klubları ümumiyətlə çempionatdan çəkilmək istəyirlər. Hazırda klub rəhbərləri də çıxılmaz vəziyyətdə qalıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30