25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bakı”nın gənc futbolçuları: “Lənkərana qələbə üçün gedirik”

“Xəzər Lənkəran” güclü oyunçulardan təşkil olunmuş komandadı. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın üzvü Vüqar Bəybalayev deyib.

Klubun rəsmi saytına danışan gənc futbolçu “Xəzər Lənkəran”la matçın keçəcəyini qeyd edib: “Xəzər Lənkəran”la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedəcəyik. İnşallah qələbə qazanan tərəf biz olarıq”.

“Zolaqlılar”ın digər üzvü Tural Qürbətov isə qarşılaşmayla bağlı bunları deyib: “Bildiyiniz kimi iki həftədir ki, oyuna hazirlaşırıq, təlim-məşq toplanışındayıq. Ciddi hazırlaşmışıq. İnanıram ki, zəhmətimizin nəticəsini görəcəyik. Uşaqlarmız bu oyunu səbirsizliklə gözləyir. Rəqibi udmaq bizim üçün çox vacibdir. Qalib gəlməklə turnir cədvəlində bir neçə pillə irəliləyə bilərik. İnşallah bu tapşırığın öhdəsindən gələrik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30